Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Mingəçevir Ensiklopediyası"nın ilkin müzakirəsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > "Mingəçevir Ensiklopediyası"nın ilkin müzakirəsi keçirilib

"Mingəçevir Ensiklopediyası"nın ilkin müzakirəsi keçirilib


Ensiklopediya həm çap, həm də elektron versiyada hazırlancaq
Mingəçevir Media Mərkəzində şəhərin ensiklopedik bilgilərinin toplanıb, dərc olunması məqsədi ilə müzakirə təşkil olunub. İlkin müzakirə xaraqteri daşıyan görüşdə " Mingəçevir Ensiklopediyası" nın hazırlanması üçün qarşıda duran problemlər və prespektivlər müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Mingəçevir Media Mərkəzinin direktoru Fərman Nəbiyev sözügedən təşəbbüsü dəstəklədiyini və bu işdə zəhməti keçəcək olan hər kəsə uğurlar arzuladığını bildirib, sözü layihənin rəhbəri Qurbanəli Ömərə verib. Qurbanəli Ömər ilk olaraq indiyədək gördüyü işlərdən danışıb və Mingəçevir haqqındakı fikirləri ilə çıxışına keçid verib. O, belə bir ensiklopediyanın yaradılmasının vacibliyini vurğulayıb.
"Mingəçevir haqqında kifayət qədər məlumatlar var, sadəcə bu bilgilərin bir araya toplanmasına ehtiyac var. Çox təəssüf edirəm ki, bir çoxları şəhərin tarixinin məhz 1948-ci ildən başladığını düşünür. O isə bizim hazırladığımız ensiklopediyada Mingəçevir haqqında bütün məlumatların yerləşdirilməsi nəzərdə tutulub. Mingəçevirin keçmişi, bu günü və gələcəyi. Toplamağa çalışdığımız ensiklopediyada Mingəçevirin tarixi üç mərhələdə veriləcək. Birinci dövr olan qədim dövrdə ibdidai icma quruluşundan Sovet hakimiyyəti illərinədək olan dövrü, ikinci dövr SSRİ dövrünü, üçüncü dövr isə müasir dövrü əhatə edəcək. Həmçinin kitabda Mingəçevirin cöğrafiyası, iqdisadiyyatı, əhalisi, turizmi, idmanı və başqa sahələri haqqında məlumatlar veriləcək. Bütün sahələrdəki inkişafdan, problemlərdən və prespektivlərdən danışılacaq. Eyni zamanda Mingəçevirlə bağlı tarixi rəvayətlərdən, maraqlı əhvalatlardan tutmuş kriminal olaylara qədər hər dürlü bilgilərin də bu kitabda toplanacağı istisna edilmir. Biz ensiklopedik statusa malik hər bir mingəçevirli haqda məlumatların "Wikipedia" Açıq Ensiklopediyasında yerləşdirilməsinə nail olacağıq. Kitabın son fəsilində hazırda Mingəçevirdə yerləşən bütün müəssisələr haqqında məlumatlar yerləşdiriləcək. Layihədə Mingəçevirlə bağlı tarixi fotolarla yanşı yanaşı Mingəçevirdə görülən işlərdən, bura təşkil olunan səfərlərdən və təsviri-mənzərə fotolardan da istifadə ediləcək. Həmçinin kitabda tanınmış rəssamların və ədəbiyyat adamlarının Mingəçevirə dair əsərlərindən də seçiləcək. Mingəçevirli yazarların ən uğurlu əsərlərinin də yer alacağı toplunun ərsəyə gəlməsi əlbətdə ki, uzun zaman alacaq. Lakin biz daha uğurlu, daha səviyyəli bir nümunə ilə oxucuların hüzuruna çıxacağımızdan əminik. Biz hiss edirik ki, çox ağır bir yükün altına girmişik ancaq inanırıq ki, bu işin öhdəsindən layiqincə gələcəyik. Əlbətdə ki, layihə müddətində tarixçilərin, coğrafiyaçıların, bioloqların və başqa elm xadimlərinin, mütəxəsislərin köməyindən yararlanacağıq, əldə etdiyimiz bütün bilgiləri ekspertlərimizin müzakirəsinə çıxaracağıq. Həmçinin layihə boyu tez- tez ictimai müzakirələr təşkil edib, gələn təkif və iradları dəyərləndirəcəyik"- deyə, Qurbanəli Ömər məlumat verib.
Daha sonra müzakirədə Mingəçevir kəndi ağsaqqalları adından iştirak edən Allahverdi Əliyev, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı, jurnalist İxtiyar Həsənli, GTM Regional ofisinin rəhbəri Tural Kərimov, şəhər muzeyinin əməkdaşları, ziyalılar, media və QHT numayəndələri öz təklif və fikirlərini səsləndiriblər.
Xatırladaq ki, "Mingəçevir Ensiklopediyası" Gənclərin Söz Birliyi" İB-nin sədri Qurbanəli Ömərin şəxsi təşəbbüsüdür və layihənin 7-8 ay ərzində başa çatacağı gözlənilir.

Geri dön