Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna hadisələrinin İransayağı yorumu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Ukrayna hadisələrinin İransayağı yorumu

Ukrayna hadisələrinin İransayağı yorumu


İran parlamentinin spikeri Əli Laricani ən son müsahibəsində Ukraynda baş verən hadislərlə bağlı ölkəsinin mövqe bildirməsinə heç bir ehtiyac olmadığını bəyan edib. Spikerin sözlərinə görə, İran mətbuatı bu barədə tərəflərdən birinin mövqeyini dəstəkləyən mövqeylə çıxış edir: “Amma mənim fikrimcə, İranın hər bir mövzuya daxil olmasına heç bir ehtiyac yoxdur”.

Laricani martın 24-də “Tabnak” saytında yayılan müsahibəsində qeyd edib ki, Ukraynada baş verən hadisələr çox önəmlidir və asanlıqla həll ediləcək məsələ deyil: “Hər iki tərəf üçün qırmızı xətlər mövcuddur. Lakin bu məsələlər bizə böyük təsir göstərəcək səviyyədə deyil”.Bununla belə Laricanı əlavə edib ki, bu məsələdə də İranın öz mövqeyi var, ancaq bu mövqeyi açıqlamaq məcburiyyətində deyillər: “Biz işin sonunu gözləməliyik”. Laricanı Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən əlavə edib ki, Qərb bu mövzu ilə bağlı ikili siyasət həyata keçirir.



Qeyd edək ki, bir müddət əvvəl ali dini rəhbərin nəzarətində olan “Keyhan” qəzeti Krım yarımadasının Rusiyaya birləşdirilməsini manşet xəbəri edərək Ukraynada “məxməri çevrilişin məğlubiyyətə uğradığını” sevinclə bəyan etmişdi. İranı Ədliyyə naziri isə bir müddət əvvəl xəbərdarlıq etmişdi ki, Ukraynada baş verən hadisələr İranın daxili vəziyyətinə təsirsiz ötüşməyəcək. Nazir ölkə daxilində bəzi qüvvələrin müxtəlif fikirlərə düşdüyünə işarə edərək “lakin bizim ölkədə olan vəziyyət Ukraynadakı vəziyyətdən kəskin fərqlənir” deyə vurğulayıb.


Xatırladaq ki, Rusiya Xarici İşlər nazirinin müavini Serqey Ryabkov Ukrayna məsələsinin İrana təsiri ilə bağlı xəbərdarlıqla çıxışı ebib. Nazir müavininin sözlərinə görə, Qərb Ukrayna məsələsində öz mövqeyini dəyişməsə Rusiya İranın nüvə məsələsində tutduğu mövqeyində dəyişiklik edə bilər. İranda bəzi qüvvələr isə indiki durumdan istifadə edərək “5+1” qrupunda qarşıdurma yaradaraq ölkənin mövqeyini gücləndirmə çağrışı edirlər.

Geri dön