Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada Xocalı Muzeyi açıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ankarada Xocalı Muzeyi açıldı

Ankarada Xocalı Muzeyi açıldı


Dünən Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasın Türkiyədəki səfirliyindən Publika.Az-a verilən məlumta görə, tədbir səfirliyimiz və Ankaranın Kızılcahamam Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə gerçəkləşdirilib.



Mərasim, iki qardaş ölkə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb. Daha sonra Prezidenti Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, səfir Faiq Bağırov, tanınmış alim Yaqub Mahmudov, Kızılcahamam Rayon Bələdiyyəsinin başçısı Coşkun Ünal və Kızılcahamam Rayonunun İcra Başçısı Mustafa Çit çıxış edərək iki qardaş ölkə xalqına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs etmişlər.



Səfir ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya duyurulmasında gənclərə düşən mühüm vəzifələrdən bəhs edib.





Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında, Kızılcahamam rayon rəhbərliyi və Türkiyə hökumətinə təşəkkürlərini dilə gətirib, Xocalı soyqırımının bütün türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə duyurulmasının əhəmiyyətini vurğulayıb və bu kimi fəaliyyətlərin Xocalı Soyqırımı faktı kimi halların bir daha təkrarlanmaması üçün mühüm olduğunu qeyd edib. O həmçinin Türkiyədə Xocalı Soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə parlamentinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulayıb.





Açılış mərasiminə olan çox saylı qatılım xüsusi diqqət çəkib. Geniştərkibli tədbirdə Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çox sayda Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələrimiz, çox sayda ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak etmişlər.





Tədbir iştirakçılarına "İrs-Miras" jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.

Geri dön