Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Fərəc Quliyev, DAVAMın yazıları > Millət vəkili həmkarlarına səsləndi
Millət vəkili həmkarlarına səsləndi |
“Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammitinin keçirilməsi, aparılan müzakirələri əhəmiyyətli hesab edirəm. İstənilən beynəlxalq tədbirdə, təşkilatda Azərbaycana düşmən olan dövləti çətin vəziyyətə salacaq məsələlərin qaldırılması isə olduqca uğurlu addımdır”. Bu fikirləri SİA-ya millət vəkili Fərəc Quliyev Hollandiyanın Haaqa şəhərində keçirilən III nüvə təhlükəsizliyi sammitinin əhəmiyyətindən danışarkən deyib.
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə tutduğu mövqeni xüsusilə vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev sammitdə Ermənistanın nüvə reaktorunun region üçün təhlükəli olduğuna dair məsələ qaldırıldı və bunu öz fikirləri ilə əsaslandırdı. Çünki hər hansı bir nasazlıq olsa, Metsamor AES region üçün böyük fəlakətə səbəb ola bilər”. Millət vəkili hesab edir ki, iqtidarda və müxalifətdə təmsil olunmasından asılı olmayaraq deputatlar bu istiqamətdə səyləri davam etdirməlidirlər. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sammitdəki çıxışı zamanı Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışıb. Bildirib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır. sia.az saytı Elvin Abdulqədirov Geri dön |