Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN BƏYANATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Diaspor > GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN BƏYANATI

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN BƏYANATI


Bəyanatda deyilir:
15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhaqen şəhərində bir grup Güney Azərbaycan fəalları bir araya gələrək. sürgündə Güney Azərbaycan parlamentinin qurulacağı qərarını bəyan etmişlər.
GAMAC qurum olaraq keçirilən toplantıdan xəbəri və iştirakı olmasa da, biz yaxın aylarda sürgündə Güney Azərbaycan parlamentinin qurulması prosesində yalnız şəffaf və demokratik prinsiplərin uyğulanmasını əsas şərt olaraq bəyan edirik və bu prosesdə xaricdə yaşayan bütün milli və siyasi fəalların qatılımını təmin edən mekanizmin oluşdurulmasını dəstəkləyirik.
Milli hərəkatımızın güclənməsi və demokratikləşməsi acısından irəli sürülən bu kimi ideya və təklifləri müsbət qarşılayırıq.
Bununla bağlı GAMAC aşağıdakıları bəyan edir:
1. Sürgündə Güney Azərbaycan parlamentinin qurulmasının tərəfdarıyıq və onu dəstəkləyirik.
2. Bu prosesin demokratik və şəffaf aparılması üçün xaricdə yaşayan güney azərbaycanlı milli və siyasi fəalların hamısının cəlb olunmasını milli hərəkatımızın demokratik sürəcinə önəm verilməsi açısından vacib hesab edirik.
3. Güney Azərbaycanın milli və siyasi qərarları yalnız güney azərbaycanlılar tərəfindən, millətimizin milli mənafeyi çərçivəsində verilməlidir.
4. Güney Azərbaycanın milli maraqları ilə bağlı qərarların hər hansı məhdud qrupun təsiri altına düşməsi yolverilməzdir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir daha bəyan edir ki, milli hərəkatımızın və millətimizin gələcəyilə bağlı aparılan bütün proseslərdə milli iradənin ortaya qoyulması olduqca önəmlidir və biz bu prinsipi dəstəkləyirik. Umid edirik ki, yaxın zamanda qurulması qərarlaşdırılan sürgündə Güney Azərbaycan Parlamenti də bu prinsiplər əsasında aparılacaq.

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ
31 mart 2014

Geri dön