Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ABŞ İrana qarşı gizli əməliyyatlar aparmaq barədə qərar qəbul edib
ABŞ İrana qarşı gizli əməliyyatlar aparmaq barədə qərar qəbul edib |
ABŞ İrana qarşı gizli əməliyyatlar aparmaqla bağlı qərar qəbul edib.
Bu barədə “The American Conservative” jurnalı yazıb. Jurnalın yazdığına görə, ABŞ İranın Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrə qarşı sui-qəsd planının üstü açıldıqdan sonra belə qərar verib. “The American Conservative” yazır ki, ABŞ-da Corc Buşun hakimiyyətdə olduğu dövrdə də belə bir qərar qəbul olunub: “Həmin qərarda İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) İranın Bəlucistan, Xuzistan əyalətlərində və Şimali İraqdakı fəaliyyətinin qarşısını almaq üçün İranla silahlı mübarizə aparan bəlucların, ərəblərin və kürdlərin bölgə ilə bağlı ABŞ-ın əldə etdiyi kəşfiyyat məlumatları ilə təmin olunmasına icazə verilib. Lakin Barak Obama ABŞ prezidenti seçildikdən sonra Türkiyə ilə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq artdığından 2009-cu ildə İran kürdlərinə məlumat dəstəyi dayandırıldı. Son 7 ildə Bəlucistan və Xuzistan əyalətlərində xeyli sayda İran hərbçisinin və vətəndaşının həlak olduğu terror aktları ABŞ-ın ötürdüyü kəşfiyyat məlumatları sayəsində həyata keçirilib”. “The American Conservative” jurnalına görə, ABŞ-ın İran daxilində gizli əməliyyatlar aparmaqla bağlı qəbul etdiyi sonuncu qərar daha geniş ərazini əhatə edir. Jurnal yazır ki, son qərardan da ABŞ-ın İrana qarşı mübarizədə etnik qruplardan istifadə etmək niyyətində olduğu aydın olur. Geri dön |