Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana NATO-nun xüsusi tərəfdaşı statusu verilə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycana NATO-nun xüsusi tərəfdaşı statusu verilə bilər

Azərbaycana NATO-nun xüsusi tərəfdaşı statusu verilə bilər


“Maraqlı proseslərə start verilib. NATO heç bir zaman əməkdaşlığa bu qədər açıq olmayıb. Bizim qərb ekspertlərindən əldə etdiyimiz ilkin məlumatlara görə, NATO Azərbaycana bir sıra istiqamətlərdə dəstək verməyə hazır olduğunu bəyan edə bilər”.



Bunu “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai-ın Azadlıq Radiosuna müsahibəsində səsləndirdiyi fikirlərə münasibətində bildirib. Appaturay bildirib ki, NATO Azərbaycanla enerji təhlükəsizliyi məsələləri və başqa istiqamətlərdə dəstəyini artıra bilər.

Cəsur Sümərinlinin sözlərinə görə, ilkin məlumatlara əsasən, enerji təhlükəsizliyi sahəsində NATO-nun Azərbaycana aşağıdakı istiqamətlərdə dəstəyinin təklif ediləcəyinə dair ilkin məlumatlar var:

Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində müzakirələri nəzərdə tutan xüsusi NATO toplantısının keçirilməsi;

Azərbaycana enerji məsələləri üzrə NATO-nun xüsusi tərəfdaşı statusunun verilməsi;

Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində NATO-nun dəstəyini nəzərdə tutan konseptual sənədin hazırlanması;

Dənizdə (Xəzərdə), havada və quruda Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında NATO-nun mütəxəssis dəstəyi, kadrların hazırlanması;

Enerji təhlükəsizliyinin təmin olunmasında NATO mühafizə qüvvələrinin və avadanlıqlarının yardımı;

C.Sümərinli bildirdi ki, NATO və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi planı var. “Hazırda bu əməkdaşlıq Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və digər sənədlər çərçivəsində həyata keçirilir. Müstəqil qiymətləndirmələrə görə qənaətbəxş səviyyədə deyil. Əldə etdiyimiz məlumatlara görə, NATO tərəfindən yeni sənədin təqdim edilməsi planı var. Bu plan həm hərbi, həm də hərbi-strateji xarakter daşıyacaq. Görək siyasi Bakının qərarı neçə olacaq. Əslində İlham Əliyev hakimiyyəti seçim qarşısındadır. Əldə edilən məlumatlara görə, Azərbaycan hakimiyyəti bu ilin sentyabrına - NATO-nun növbəti sammitinə qədər öz mövqeyini ortaya qoymalıdır”, - deyə C.Sümərinli qeyd edib.

Geri dön