Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti lehinə vuruşur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti lehinə vuruşur

Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti lehinə vuruşur


ERMƏNİPƏRƏST ABŞ SENATORLARI – RUSİYA CASUSLARIDIR!
Krım hadisələrinin qızışdığı, Rusiyanın Qərbə və ABŞ-a meydan oxuduğu bir zamanda ABŞ-da bir sıra siyasilər Rusiyanın forpostu olan erməniləri yenə də açıq müdafiə etməyə başladılar

ABŞ-ın İllinoys ştatından seçilən respublikaçı senator Mark Kirk erməniləri müdafiə edərək Azərbaycana hədə-qorxu da gəldi.
Bu senator bildirib ki, Azərbaycan “ermənistana” və “Artsax respublikasına” güc tətbiq etmək istəyir. Amerikalı senator 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələri xatırladaraq deyib ki, bu hadisələrin günahkarları indiyədək cəzalarına çatmayıblar.
Xatırladaq ki, ABŞ-da erməni lobbisinin pulu ilə Azərbaycanı “qorxudan” senatorların və digər məmurların sırasında Ed Roysun, Bred Şermanın, Devid Çiçillenin, Frenk Pallonenin, Adam Şiffin, Toni Kardenasın, Anna Eşunun, Ketrin Klarkın, Qeri Pitersin və Linda Sançesin də adları var.
Doğrudur, ABŞ senatorlarının əksəriyyəti kəmsavad və dayaz dünya baxışlıdır. Bunu amerikalıların özü və avropalılar da qeyd edir. Üstəlik, xfristianpərəstlik və ari irqçiliyi anlayışları var ki, bu anlayışlara bağlı olan əksər amerikalılar və onların senatorları müsəlman və türk xalqlarına, yumşaq desək, çox da xoş baxmırlar.
Nəhayət, ABŞ senator və konqresmenlərinin əksəriyyəti adicə işbaz pulgirlərdir. Pulunu ver və sifariş etdiyin musiqini bəzi senatorlar və konqresmenlər canla-başla ifa edəcəklər.
Amma ermənilər tərəfində olan amerikalı senatorları satın alıb öz tərəfimizə keçirmək məsləhət deyil. Bəlkə, onları Amerika ermənilərinə təkcə pul bağlamır? Burada pan-arianizm, pan-xristianizm, türkofobiya və islamafobiya da rol oynaya bilər. Üstəlik, həmin senatorların elə zəif yerləri ola bilər ki, bunu bilən ABŞ erməni diasporu onları şantaj edərək cilovda saxlayır? Hər şey ola bilər.
Amma Amerika senator və siyasətçilərinin ən qorxduğu bir şey var, özü də indi, ABŞ-da anti-Rusiya ehtirasları baş qaldıran bir zamanda: onlar RUS CASUSU damğası almaqdan qorxurlar. Bu cür damğa onların siyasi karyerasının sonu demək olacaq. Bu damğanı öz üzərlərindən silmək üçün onlar dəridən-qabıqdan çıxacaqlar. Amma özlərini təmizə çıxarsalar belə, bunun faydası olmayacaq. Qələbə - döyüşü birinci başlayan tərəfdə olacaq… İnformasiya və dezinformasiya müharibəsinin mahiyyəti və qanunları budur!
Qeyd edək ki, ABŞ və Avropa erməniləri də azərbaycanlı diaspora fəalları tərəfindən ermənilərə qarşı piketlərdə işlədilən “ERMƏNİLƏR – RUSİYANIN QULLARIDIR!” şüarından çox xoflanırlar. Çünki məhz bu damğa ABŞ və Avropa cəmiyyətlərində ermənilərə münasibətdə mənfi emosiyalar və assosiasiyalar doğura bilər…
Təsəvvür edin ki, ABŞ-ın nüfuzlu KİV-lərinin birində hansısa jurnalist, politoloq, rəqib senator, Azərbaycan və ya Türk diaspor fəalı və i.a. kimsə… çıxış edərək bildirəcək ki, 1) ermənilər Rusiyanın forpostudur; 2) erməniləri müdafiə etmək Rusiyanın Cənubi Qafqazda siyasətini müdafiə etmək deməkdir və nəhayət, 3) niyə bəzi ABŞ senatorları və konqresmenləri Rusiyanın Cənubi Qafqazda siyasətini müdafiə edirlər?
KİV-də bu tezislərə bağlı mövzuda dayanmadan çıxış etməklə artıq Amerika cəmiyyətində ermənipərəst senatorlar və konqresmenlərə münasibətdə bir şübhə yaranacaq. Hay-küyü o həddə çatdırmaq olar ki, artıq erməniləri müdafiə etmək – “PUTİNİN CASUSU” damğasına tuş gəlmək qədər riskli olacaqdır.
ABŞ-da erməni lobbisi ilə informasiya və dezinformasiya müharibəsində, Allah bizə bir şansı da yollayıb.
Bu günlərdə “artsax respublikasının prezident katibəsi” erməni David Babayan bildirib ki, Qarabağdakı işğalçı ermənilər Krımın rusiyapərəst separatçılarını dəstəkləyiblər. Hələ bu harasıdır?!
"Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti lehinə vuruşur". Bizim saytlara görə, bu informasiyanı krımlılar öz facebook səhifələrində yazıblar.
Krımlılar Qarabağ erməniləri ilə yanaşı sibirlilərin, Çeçenistan müharibəsi zamanı döyüşmüş rusların Simferopol küçələrində dolaşdığını yazıblar: "Simferopol küçələrinə diqqətlə baxsan burada hər kəsi görərsən. Qarabağ erməniləri, sibirlilər, kazaklar, çeçen müharibəsinin iştirakçısı olan ruslar... Bunların hər biri Rusiya tərəfindən bura göndərilib. Onların Krımın hazırkı hökumətinin tabeliyində yaradılacaq orduya üzv edilmələri planlaşdırılır".
Bizim diasporla və xarici işlərlə məşğul olan müvafiq idarələrimiz var. Bu cür informasiyalar bizim üçün göydəndüşmədir!
Deməli, elə alınır ki, amerikalı senatorların dəstəklədiyi Qarabağın erməni işğalçıları Rusiyanın işğalçılığını həm dəstəkləyir, həm də bu işğalda birbaşa iştirak edirlər. İkinci nəticə isə budur ki, erməniləri dəstəkləyən amerikalı (o cümlədən fransız, alman, ingilis və s.) “deputatlar” Rusiyanın işğalçı siyasətini dəstəkləyirlər !!!
ABŞ-da, Avropada və d. ölkələrdə ermənipərəst bir “deputatı” bu cür əsaslarla xar edib RUSİYANIN CASUSU çıxarmaq olar. Çətini, damğanı ona vurana qədərdir, sonra bu ermənipərəst “deputat” həyatının qalan hissəsini və əsəblərini bu damğadan təmizləməyə həsr edəcək.
Əlbəttə, anlaşılandır ki, bunu Azərbaycanın rəsmi dövlət orqanları və rəsmi dövlət adamları edə bilməzlər. Amma diaspor fəalları və d. bunu edə bilərlər.
Başlanğıc üçün bizim hər birimiz Qərbin ermənipərəst “deputatları” barədə hər hansı əcnəbinin və ya istənilən KİV-in sualına yalnız bunu deməliyik: “Erməniləri müdafiə edən ermənipərəstlər – RUSİYA CASUSLARIDIR!”.
Necə deyərlər çox sadə, amma tutarlı təbliğat oyunudur...

Pərviz Elay

Geri dön