Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda dövlət büdcəsindən maliyyələşən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışanların əmək haqları 10% artırılıb
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışanların əmək haqları 10% artırılıb |
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Geri dön |