Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək


“Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq”

“Millətimiz seçkidə bizə yenidən etimad göstərdi. Bu, xarici siyasətimizə də bir dəstəkdir. Təkcə bizim partiyamız yox, bütün bölgə qazanıb, sülh qazanıb. Qardaş Azərbaycana səfərimizlə dostluq və qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”.Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.



R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib: “Türkiyə-Azərbaycan münasibətləri müstəsna və örnək alınacaq bir keyfiyyət qazanıb. Mükəmməl strateji əməkdaşlığımızla bərabər Cənubi Qafqazda uğurlu layihələrə də imza atırıq. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir”.



Türkiyənin baş naziri Cənubi Qafqazda baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb: “Bölgədə sülhün əldə olunmasına fəal dəstək veririk. Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq. Xalqlarımız arasında tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək”.

Geri dön