Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə münasibətlərinə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə münasibətlərinə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik |
"TANAP layihəsi birgə layihəmizdir, Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir və bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynamışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
İlham Əliyevin sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan və Türkiyə bir-birinə daha sıx bağlı olacaq və siyasi və iqtisadi imkanlarımız böyük dərəcədə artacaq: "Biz çalışacağıq ki, bu layihəni vaxtlı-vaxtında icra edək. Hər halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir və ümid edirəm ki, 2018-ci ildə biz əziz qardaşımla bərabər bu layihənin açılışını qeyd edəcəyik". Dövlət başçısı bildirib ki, bu cür görüşlər ənənəvi xarakter daşıyır: "Biz ildə bir neçə dəfə görüşürük, keçən dəfə 4 ay bundan əvvəl görüşmüşük, bu dəfə də görüşürük, gələn ay da görüşümüz ola bilər, iyun ayında da görüşümüz olacaq. Yəni bu, təbiidir. Biz müttəfiqik, dostuq, qardaşıq və bizim aramızda olan söhbətlər əlbəttə ki, çox geniş sahələri əhatə edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, bizim münasibətlərimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır və belə də olmalıdır. Gələcək uğurlu inkişafımız üçün və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcək, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik və yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq". Geri dön |