Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmməd Cavad Zərif : Avropa Parlamenti əməkdaşlarının İrana gəlmələrinə icazə vermərik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Məhəmməd Cavad Zərif : Avropa Parlamenti əməkdaşlarının İrana gəlmələrinə icazə vermərik

Məhəmməd Cavad Zərif : Avropa Parlamenti əməkdaşlarının İrana gəlmələrinə icazə vermərik


İranla qərb ölkələri arasındakı münasibətlərdə yenədə geriləmə müşahidə olunur.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə Parlamentindəki çıxışında deyib ki, “Avropa Parlamenti elə bir məqama sahib deyil ki, digər ölkələr barədə fikir irəli sürsün”.
Nazir, yerli qanunverici orqanın Milli təhlükəsizlik komissiyası qarşısındakı çıxışında Avropa İttifaqı (Aİ) Parlamentinin İranla bağlı hesabat və qətnaməsini əhəmiyyətsiz saydığını bəyan edib: “Avropa İttifaqı Parlamenti digər ölkələrin vəziyyəti ilə bağlı fikir yürüdə bilməz. Onların buna səlahiyyətləri çatmır. İttifaq Avropa daxilində müsəlmanlara qarşı ikili standart siyasəti yürüdür. 90-cı illərdə bosniyalılara qarşı törədilən qətliyamlarda da bu məqsəd görünürdü. Onlar müsəlmanların İttifaqa girməsi məsələsində müxtəlif maneələr yaradırlar. Biz onlara icazə vermərik ki, İranda keçirilən son kütləvi seçkilər barədə hökm versinlər. Avropa İttifaqı (Aİ) Parlamentinə mənsub əməkdaşlarının İrana səfər etmələrinə icazə verməyəcəyik.”
Qeyd edək ki, Aİ Parlamenti ötən həftə İranla əlaqələrin strategiyasını müəyyən edən yeni qətnamə layihəsi hazırlayıb. Təsdiqlənən layihədə İranda insan hüquqları ilə bağlı vəziyyətin yaxşı olmadığı bildirilir.

Geri dön