Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbul Ticarət Palatasının üzvü: “Ermənistanın mövcud olduğu ərazilər qədim Azərbaycan torpaqlarıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > İstanbul Ticarət Palatasının üzvü: “Ermənistanın mövcud olduğu ərazilər qədim Azərbaycan torpaqlarıdır

İstanbul Ticarət Palatasının üzvü: “Ermənistanın mövcud olduğu ərazilər qədim Azərbaycan torpaqlarıdır


Əli Həsənov Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərini qəbul edib


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Həsənov bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələrdə dostluq və qardaşlıq üzərində əlaqələr qurulduğunu və bu gün əlaqələrin ən yüksək səviyyədə olduğunu söyləyib.



Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında danışan Ə. Həsənov bu gün bütün Türk və müsəlman dünyası ölkələrinin erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb. Baş nazirin müavini bildirib ki, bu gün ermənilər işğal altındakı ərazilərdə narkotik vasitələr istehsal edir, bu ərazilərdə dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir. Eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunur. Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Dövlət Komitəsinin sədri hökumətin son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 5,4 milyard ABŞ dolları vəsait xərclədiyini açıqlayıb. Ə. Həsənov xatırladıb ki, məhz ilk olaraq Türkiyənin bir sıra humanitar təşkilatları tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımlar göstərilib.



İstanbul Ticarət Palatasının üzvü və nümayəndə heyətinin sədri Öztürk Oran bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir və bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün bütün lazımı işləri gördüyündən xəbərdar olduğunu deyən Ö. Oran vurğulayıb ki, ermənilər unutmamalıdırlar, bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır. Ö. Oran İstanbul Ticarət Palatası haqda məlumat verib və təşkilatın dünyanın ən böyük qeyri-hökumət təşkilatlarından biri olduğunu nəzərə çatdırıb.



Ədalət və İnkişaf Partiyasından deputat Seyit Erçelik və digər çıxış edənlər də Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıblar.

Geri dön