Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi yerlərdə qar yağacaq
Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi yerlərdə qar yağacaq |
Bakı və Abşeron yarımadasında dekabrın 10-da dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-5, günün birinci yarısında 7-9, günün ikinci yarısında isə 4 dərəcə yaxın isti olacağı gözlənilir. Dekabrın 11-də hava buludlu olacaq, gecə bəzi yerlərdə yağış yağacaq, səhər kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında dekabrın 10-da bəzi rayonlarda yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta olacaq. Dekabrın 11-də səhər qərb rayonlarında, gündüz şərq rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir. Geri dön |