Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tarixi torpaqlarımıza böyük qayıdış olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Tarixi torpaqlarımıza böyük qayıdış olacaq

Tarixi torpaqlarımıza böyük qayıdış olacaq


Elman Nəsirli: “Dünya bilməlidir ki, Ermənistanın ərazisinin böyük bir qismi qonşu xalqların torpaqlarına olan iddialar hesabına reallaşıb”

Kamran İsmayılov: “Hazırda Azərbaycan Tarix İnstitutunda bu istiqamətdə ciddi işlər görülür”


Tarixin Azərbaycana qarşı ən böyük amansızlıqlarından biri də torpaqlarımızın başqaları arasında bölüşdürülməsi olub. Bu xüsusda o da birmənalı həqiqətdir ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ən böyük ədalətsizliklərdən biri də azərbaycanlıların həmin tarixi torpaqlardan didərgin salınmasıdır. Azərbaycan bunu unutmayıb, unutmayacaq da. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə də bu amilə toxundu, Zəngəzurun ayrılıb Ermənistan verilməsini böyük ədalətsizlik adlandırdı: "Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.
Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirir ki, ölkə Prezidentinin çıxışlarında dəfələrlə azərbaycanlıların əzəli, tarixi torpaqlarına geri qayıtıması tezisi səslənib: "Bu, cənab Prezidentin müəyyən etdiyi hücum xarakterli xarici siyasət kursundan qaynaqlanan bir yanaşmadır. Çünki, biz bu dəqiqə yalnız işğal altındakı torpaqlarımızın qaytarılması məsələsini qoyanda belə çıxır ki, onda Ermənistanın əvvəlki dövrdə zəbt etdiyi bu ərazilərə bağlı problem yoxdur. Halbuki, problem var və Ermənistan tarixi vəziyyətdən istifadə edib, kimlərinsə əlində alət olmaq yolu ilə torpaqla bağlı istəklərini reallaşdırıb. Cənab Prezidentin hazırda Ermənistanın ərazisində bizim tarixi torpaqlarımıza qayıtmağımız məsələsini səsləndirməsi kifayət qədər əhəmiyyətlidir”.
Politoloq qeyd etdi ki, 1813-cü ilin "Gülüstan” və 1828-ci ilin "Türkmənçay” sülh müqavilələrinə qədər Azərbaycan ərazisinin 410 min kvadratkilometrə çatdığı bəllidir: "Gülüstan” və "Türkmənçay” müqavilələrindən sonra isə 280 min kvadratkilometr ərazi İrana, 130 min kvadratkilometr isə Rusiyaya keçdi. 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadratkilometrə bərabər olub. Yəni, göründüyü kimi ərazimiz 410-dan 114 min kvadratkilometrə qədər azalıb. Sonrakı dövrlərdə isə təzyiq altında təxminən 9 min kvadratkilometr olan İrəvan xanlığının ərazisi də Ermənistana verilib. Dərbənd, Zərgəzur, Göyçə, Dilican ərazilərini də bura əlavə edə bilərik. Azərbaycan SSRİ-nin tərkibində olarkən sahəsi 86.6 min kvadratkilometr idi. Müstəqillik qazanarkən də 86.6 min kvadratkilometrlik ərazimizi dünya tanıyıb. Amma onun da 20 faizi – 17 min kvadratkilometr ərazimiz işğal olunub. Bu reallıqlar fonunda cənab Prezidentin səsləndirdiyi fikirlərin həm də beynəlxalq əhəmiyyəti var. Dünya bilsin ki, söhbət təkcə Dağlıq Qarabağdan getmir. Ermənistan tarixən başqa dövlətlərin ərazilərinə göz dikən bir dövlət olub. Böyük dövlətlərin əlində alət olmaqla torpaqları zəbt edib. Dünya bilməlidir ki, Ermənistanın ərazisinin böyük bir qismi qonşu xalqların torpaqlarına olan iddialar hesabına reallaşıb. Bu baxımdan Prezidentin fiikrləri strateji xarakter daşıyır və uzağa hədəflənmiş bir siyasətdir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir”.
Azərbaycan Milli Elmlər Akademisyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov də əzəli torpaqlarımızın Azərbaycana qaytarılmasının mütləqliyini önə çəkdi: "Zəngəzurun Azərbaycanın torpağı olduğunu sübut edən tarixi və elmi əsaslarımız var. Orada tarixən azərbaycanlılar yaşayıb. Tarixən həmin torpaqlar Azərbaycan dövlətinin tərkibində olub. Ölkə Prezidenti bu məsələdə tamamilə haqlıdır”.
Kamran İsmayılov bildirdi ki, həmin torpaqlara azərbaycanlıların qaytarılması istiqamətində işlər aparılarkən məsələyə ilk növbədə tarixi səpkidə yanaşmaq lazımdır: "Həmin torpaqların azərbayanlılara mənsub olduğunu tarixi əsaslarla, faktlarla dünya ictimaiyyətinə sübut etməliyik. Hazırda Azərbaycan Tarix İnstitutunda bu istiqamətdə ciddi işlər görülür. Ondan sonra mübarizəmizi diplomatik və hüquqi müstəvidə apara bilərik”.


Mübariz BAYRAMOV

Geri dön