Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qəbələ RLS-in ərazisində 6 mina tapılıb
Qəbələ RLS-in ərazisində 6 mina tapılıb |
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində bu il Qəbələ Radiolokasiya Stanisyasının (RLS) ərazisində 6 hərbi sursat aşkar edilib. Bu barədə ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.
Onun sözlərinə görə, RLS yerləşdiyi ərazidən tapılmış hərbi sursatlar tank əleyhinə minalardır. ANAMA-nın meneceri qeyd edib ki, orada ümumilikdə 2 milyon 330 min kv.m. ərazi yoxlanılacaq. Minatəmizləmə əməliyyatları ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən aparılır. İşlərin 2014-cü ilin sonundadək başa çatdırılması planlaşdırılır. Lakin təxminən 3 aydır başlanan işlərin aparılmasında müəyyən çətinliklər də yaranıb: "Ərazidə meşə örtüyü ilə yanaşı çoxlu kommunikasiya xətləri var. Ona görə də əməliyyat aparılması baxımından bura çox çətin və mürəkkəb ərazidir". S.Poladov əlavə edib ki, bundan əlavə, Qəbələ RLS-in sifarişi əsasında 2013-cü ilin avqust ayında da ANAMA tərəfindən aparılan əməliyyat nəticəsində stansiyanın ərazisindən 1 mina tapılmışdı. Qeyd edək ki, 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətləarası sazişə əsasən Qəbələ RLS 2013-cü ilədək Rusiyanın istifadəsində olub. 2002-ci ildə "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" imzalanıb. Lakin qarşılıqlı razılığa əsasən Rusiya 2012-ci il dekabrın 10-dan etibarən stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. Geri dön |