Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda kiberhücumlardan müdafiənin təmin olunması üçün DATA-mərkəz yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda kiberhücumlardan müdafiənin təmin olunması üçün DATA-mərkəz yaradılacaq

Azərbaycanda kiberhücumlardan müdafiənin təmin olunması üçün DATA-mərkəz yaradılacaq


Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlardan müdafiənin təmin olunması üçün DATA-mərkəzin yaradılmasına hazırlaşır. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov NATO baş katibinin müavini Sorin Dukaru ilə nazirlikdə keçirilən görüşdə bəyanTrend-in məlumatına görə, bedib. Bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.
Nazirin sözlərinə görə, ölkədə getdikcə artmaqda olan internet istifadəçilərinin sayının hazırda 70 faizə çatdığı, milli internet resurslarının, azərbaycandilli kontentin inkişaf etdirilməsi üzrə işlərin aparıldığı indiki məqamda məlumatların təhlükəsizliyinin təmin edilməsi, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının müdafiəsinin ən yüksək səviyyədə təşkili məsələləri böyük DATA mərkəzlərinə ehtiyacı ortaya çıxarır.
Abbasovun sözlərinə görə, informasiya ehtiyatlarının qorunması, kibertəhdidlərin qarşısının alınması və dəf edilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyət göstərir.
Öz növbəsində, Dukaru NATO-nun hazırda bir çox ölkələrlə, həmçinin Azərbaycanla müxtəlif istiqamətlər, o cümlədən kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, təşkilatın müxtəlif ölkələrdə kibermühafizə üzrə qabaqcıl təcrübə mərkəzlərinin yerləşdiyini deyən səfir qeyd edib ki, NATO kibertəhlükəsizlik sahəsində milli strategiyaların formalaşdırılması üçün bu mərkəzlərdə qazanılan təcrübələri təşkilata üzv olan və üzv olmayan tərəfdaşlarla bölüşmək, həmçinin bu ölkələrdə müvafiq təlimlərin keçirilməsinə yardım etmək fikrində olduğunu bildirib.
Dukarunun təklifi nazir tərəfindən müsbət qiymətləndirilib və bu sahədə NATO ilə əməkdaşlığın davam etdiriləcəyi barədə niyyətini açıqlayıb.

Geri dön