Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > İran XİN rəhbəri: Nüvə proqramının inkişaf etdirilməsi və tədqiqat sahəsi məhdudlaşdırıla bilməz
İran XİN rəhbəri: Nüvə proqramının inkişaf etdirilməsi və tədqiqat sahəsi məhdudlaşdırıla bilməz |
“İran xalqı ABŞ rəhbərliyinə etimad göstərmir”.Məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi davranış və siyasətləri ilə mövcud etibarsızlığı aradan qaldırmalıdır. M.C.Zərif İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinə də toxunaraq, Qərbi ölkəsinin dincməqsədli nüvə fəaliyyətləri ilə bağlı yanlış fikirlərindən dolayı tənqid edib: “İran “altılıq” ölkələri ilə çərçivə sazişi əldə edib. Ötən ilin noyabrında Cenevrədə əldə olunmuş müvəqqəti razılaşma hər iki tərəfə yekun anlaşma üçün fürsət meydana gətirir. Hazırda danışıqlar yaxşı irəliləyir. İranın nüvə silahı yoxdur və əsla nüvə silahına sahib olmaq niyyətində deyil. Mən nüvə razılaşmasına nail olmağın çətin olduğunu düşünmürəm. Bizim bir tərəfdən İranın nüvə hüquqları ilə bağlı narahatlığımız var, digər tərəfdən də İranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışırıq. Tərəflər nüvə razılaşması üçün Birgə Fəaliyyət Proqramı çərçivəsində danışıqlar aparmaq qərarına gəliblər. Nüvə razılaşmasına da nail olmaq üçün siyasi iradə və dürüstlüyə ehtiyac var”. Nazir deyib ki, hər iki tərəf mayda qaralama mətni üzərində işə başlamaq barədə razılığa gəliblər: “İran nüvə razılaşmasına sadiq olduğunu göstərib. Qaralama mətni qarşılıqlı proses olmalıdır və hər iki tərəf də qaralama mətnini özü tərtib etməlidir. Hələlik heç bir şey məlum deyil. Hər şey mətndə razılaşdırılacaq. Ancaq İranın nüvə proqramının bütün sahələrdə, o cümlədən tədqiqat və inkişaf sahəsində məhdudlaşdırılacağını demək olmaz. Tədqiqat və inkişaf elmin bir sahəsidir və məhdudlaşdırıla bilməz”. M.C.Zərif həmçinin Qərbin İranda insan haqları ilə bağlı şübhələri mövzusuna da toxunaraq, xalqın prezident seçkilərinə 73% nisbətində qatılaraq mötədillik yolunu seçdiyini vurğulayıb. Eyni zamanda nazir bölgədə radikalizmə dəstək verilməsinin heç kimə yardımçı ola bilməyəcəyini söyləyib: “Əvvəldən belə siyasətlər izləyənlər hazırda radikalizmin qurbanı olublar”. Geri dön |