Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə gələn ildən başlanılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə gələn ildən başlanılacaq

Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə gələn ildən başlanılacaq


Nazirlər Kabineti “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında” 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.



Bu qərara görə 2014-cü il yanvarın 1-dən etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməliydi. Eyni hüquqlar ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağına da aid edilir.



Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına qayıdış şəhadətnaməsinin verilməsinə 2014-cü il yanvarın 1-dən başlanılması təxirə salınıb.Bu cür şəhadətnamənin verilməsinə 2015-ci il yanvarın 1-dən başlanacaq.



Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil, elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2014-cü il yanvarın 1-dən deyil, 2015-ci yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.

Geri dön