Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Asif Atanın kitablarının təqdimatı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Asif Atanın kitablarının təqdimatı keçiriləcək

Asif Atanın kitablarının təqdimatı keçiriləcək


Aprelin 16-sı saat 14.00-da Atatürk Mərkəzində dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) 10 cildliyinin çap olunmuş 5 cildinin təqdimatı keçiriləcək.
Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib: “Ata insanlıq üstə yeni yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi.
O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu.
Ata idealının özülü, cövhəri, baş ünvanı ömrüdür. O, bəşər tarixini qaralama sayırdı. Tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu.
Bizim yolumuz çox uzundur, “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır. İnam Ata qiymətverəndir. Onun Kitablarında bəşər mədəniyyətinə, fəlsəfəsinə, yaşamının bütün sahələrinə, tanınmış şəxsiyyətlərə, ideologiyalara dərin, hərtərəfli qiymət var”.
Bildirək ki, Asif Atanın yalnız dünyabaxışını əhatə edən 43 əsərini Mütləqə İnam Ocağının Ruhsal Başçısı Safruh “On Kutsal Bitiq”də sistemləşdirib.
Hələlik Onluğun 5 cildi («Mütləqə İnam», «Mütləqləşmək –Var olmaq», «Görmək İnsaniliyi», «Fəlsəfənin Təməli», “Kutsal Quruculuq”) çap olunub.
Asif Ata 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilib, onun sədri Asif Əfəndiyev ardıcılları tərəfindən Asif Ata adlanıdırılıb. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı basqılara uğrayıb və qapadılıb. Ocaq bir neçə il gizli fəaliyyət göstərib.
Asif Ata 1997-ci ildə aramızdan gedib. Sonevi Ağstafadadır.

Geri dön