Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İslam - ensiklopedik lüğəti AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > İslam - ensiklopedik lüğəti AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir

İslam - ensiklopedik lüğəti AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir


AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı “İslam -ensiklopedik lüğət” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir. Fil. üzrə e.d., professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapmışdır.
Lüğət, “İslam. Ensiklopediçeskiy slovar” Moskva, “Nauka”, QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanmışdır.
Kitab dünşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Mərkəzi Elmi Kitabxananın
Mətbuat xidməti

Geri dön