Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və İranın müdafiə nazirlərinin mətbuat konfransında deyilənlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycan və İranın müdafiə nazirlərinin mətbuat konfransında deyilənlər

Azərbaycan və İranın müdafiə nazirlərinin mətbuat konfransında deyilənlər


İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 15-də iranlı həmkarı Hüseyn Dehqanla birgə Tehranda mətbuat konfransı keçirib.

Zakir Həsənov deyib ki, İranla Azərbaycan arasında münasibətlər həmişə qardaşlıq və dostluq prinsiplərinə söykənib: “İrana səfərimin ikinci günüdür, səfər yüksək səviyyədə keçir. Buna görə İranın müdafiə nazirinə və İran xalqına təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, bugünlərdə Azərbaycan prezidentinin İrana yüksək səviyyədə keçən səfəri oldu. Həmin səfərdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi və hərbi sahədə birgə əməkdaşlığı istiqamətində qərarlar qəbul edilib.

Mən bu səfərimdə İranın müdafiə naziri, Silahlı Qüvvələr Baş Qərargahının rəisi və İranın vitse-prezidenti ilə görüşmüşəm. Bu görüşlərdə müxtəlif məsələlər, o cümlədən regional və beynəlxalq məsələlərlə bağlı müzakirələrimiz olub. Hesab edirəm ki, bütün məsələlərdə müştərək mövqe və baxışlara malikik. İki ölkənin hərbi sahədə əməkdaşlığı üçün də böyük potensial var. İranın müdafiə sənayesi yaxşı inkişaf edib və biz bu sahədə birgə əməkdaşlıqla bağlı danışıqlar aparmışıq”.

Mətbuat konfransında jurnalistlərdən biri Zakir Həsənova belə bir sual verib: İran-Azərbaycan əlaqələrinin bəzi düşmənləri deyir ki, İsrail İrana hücum etsə, hərbi baza kimi Azərbaycan ərazisindən faydalanacaq. Azərbaycanın bu kimi iddialarla bağlı mövqeyi nədən ibarətdir?

Zakir Həsənov sualı belə cavablandırıb: “Azərbaycan ərazisindən onun qonşularının əleyhinə heç vaxt heç bir formada istifadə olunmayacaq. Bu, Azərbaycan Respublikasının rəsmi siyasətidir. Azərbaycan Konstitusiyasında da qeyd olunub ki, bizim ölkə heç vaxt üçüncü bir ölkənin hərbi bazalarına ev sahibliyi etməyəcək. Biz heç bir qüvvənin Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkələrə, o sıradan da İrana qarşı hərbi hücuma keçməsinə icazə verməyəcəyik.”.

İranın müdafiə naziri Hüseyn Dehqan bildirib ki, onlar İranın nüvə fəaliyyəti ilə bağlı Azərbaycanın tutduğu mövqedən məmnundurlar: “Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan prezidentinin İrana son səfəri ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün bir dönüş nöqtəsi sayılır. Hesab edirik ki, biz bölgədə iki ölkə arasında əlaqələrin normal şəkildə inkişafına müxalif olan radikal qüvvələrə qarşı ciddi tədbir görməliyik”.

Geri dön