Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda muzdla çalışanların 78%-i xidmət sahələrində cəmlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda muzdla çalışanların 78%-i xidmət sahələrində cəmlənib

Azərbaycanda muzdla çalışanların 78%-i xidmət sahələrində cəmlənib


Bu ilin oktyabr ayında Azərbaycandakı müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 369,7 min nəfər olub və onların 847,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 522,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, eyni zamanda iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 333,3 min nəfər çalışıb.

Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 328,8 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,6%-i məhsul istehsalı və 78,4%-i xidmət sahələrində cəmlənib.

Muzdla işləyənlərin 24,5%-i təhsildə, 19,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 9,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 3,3%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,5%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Cari ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 360,9 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Geri dön