Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > ADMİU-da Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri mövzusunda beynəlxalq konfrans keçirilib
ADMİU-da Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri mövzusunda beynəlxalq konfrans keçirilib |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
ADMİU-nun Elmi Şura zalında keçirilən konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin, Türkiyənin Batman Universitetin Gözəl Sənətlər Fakültəsinin, Türkiyənin Qazıantep Universitetinin Türk Musqisi Dövlət Konservatoriyasının, İsrailin Tel-Əviv Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADMİU-nun professor - müəllim heyəti və tələbələri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev qonaqları salamlayaraq bu kimi konfransların keçirilməsinin vacibliyinə diqqət çəkdi və türksoylu xalqların timsalında iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın zəngin tarixə və mədəni irsə malik olduğunu vurğuladı. İlk söz ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor, Əməkdar incəsnət xadimi Maral Manafovaya verildi. M.Manaforva öncə tədbirin bu cür yuksək səviyyədə keçməsinə şərait yaratdığı üçün universitetin rektoru, professor Timuçin Əfəndiyevə minnətdarlığını bildirdi və mövzu haqqında geniş və əhatəli çıxış etdi: “Öncə qeyd edim ki, bu kimi mövzuların müzakirəsi hər birimiz və ictimaiyyətimiz üçün önəm daşıyır: “Bu xalqların təbii, üzvi xarakterli əməkdaşlığı son zamanlar humanitar elm sahəsində fəaliyyət göstərən çoxsaylı alimlərin müzakirə predmetinə çevrilmiş, türkşünaslıq və regionlararası əlaqələri, onların fərqli və oxşar cəhətlərini araşdıran müqayisəli sənətşünaslıq kimi elmi istiqamətlərin meydana gəlməsinə şərait yaratmışdır. Respblikamızda bu sahədə elmi araşdırmalar keçən əsrin 90-cı illərindən rəvac tapmışdır. Tarixi vərəqləyərkən biz dahi Üzeyir Hacıbəylinin türkçülük ideyası uğrunda nə qədər mübarizə apardığının şahidi oluruq. Dövrümüzün nailiyyətlərindən biri də bu ideyanın artıq bir varlıq, həqiqət kimi qəbul olunmasıdır. Ümumtürk musiqi aləmi çox zəngin və dərin qarşılıqlı əlaqələr tarixinə malikdir. Bu tarixi mənbələrin öyrənilməsi Azərbaycan humanitar elmi qarşısında duran ən önəmli problemlərdəndir. Çünki hər bir xalqın, o cümlədən, Azərbaycan xalqının musiqisini, onun etnogenezisini türk xalqlarının musiqisini, etnosunu, ümumi mədəniyyətini öyrənmədən tədqiq etmək mümkün deyil. Hər iki xalqın mədəniyyətində mövcud olan tarixi, mənəvi – estetik və bədii – ifadəli ümumiləşmələr Azərbaycan – Türkiyə mədəni əlaqələri arasındakı intensivliyi və məhsuldarlığı yeni tarixi müstəviyə qaldırmışdır. Lakin bu qarşılıqlı əlaqələrin hər bir xalqın mədəniyyətində nə dərəcədə zəruri olduğunu müəyyənləşdirmək xüsusi tədqiqat tələb edir”. ADMİU-nun “Musiqişünaslıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaş-zadə “Epik sənətin araşdırılmasında konsept anlayışının tətbiqinə dair” məruzəsində etnomusiqi mədəniyyəti sahəsində konsept nəzəriyyəsinin tətbiqinin bir çox ontoloji və qnoseoloji problemlərin həllində yardımçı ola biləcəcəyini qeyd etdi. Konseptsfera kimi mürəkkəb elmi kateqoriya daha dolğun şəkildə sinkretik təbiəti ilə seçilən epik sənətdə təzahür etdiyini və bu baxımdan epik əsərlərin müəyyən seqmentlərini etnosun özəl mental xüsusiyyətlərini özündə qoruyan və əks etdirən vahidlər kimi araşdırılması maraqlı elmi nəticələr əldə etmək üçün imkan yarada bildiyini qeyd etdi. Batman Universitetinin Gözəl Sənətlər Fakültəsinin professor asistanı, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarzadə “Milli musiqi çalği aləti balaban: adlanma və yayilma məsələsinə dair bəzi təsbitlər” adlı məruzəsində Türk musiqi mədəniyyətinin, həmçinin Azərbaycan instrumental sənətinin ən önəmli çalğı alətini təmsil edən balabanın bir musiqi aləti olaraq müxtəlif musiqi sistemlərində bəşəri tembr xüsusiyyəti ilə obyektiv və subyektiv məcrada səslənən mənşəyi-mənsubiyyət iddialarını əks etdirdiyini diqqətə çatdırdı. Batman Universitetinin Gözəl Sənətlər Fakültəsinin professor asistanı, Doç. Rohat CEBE “Yezidi dini müziği” ilə bağlı maraqlı fikirlərini açıqladı. Türkiyənin Qazıantep Universitetinin Türk Musqisi Dövlət Konservatoriyasının dosenti Yalçın Abdulla öz çıxışında türksoylu xalqların musiqi mədəniyyətlərinin ortaq və spesifik cəhətlərinə toxunarq, türk dünyasında iki qardaş ölkənin dini fəlsəfi ideyalarının həm musiqi sənəti, həm də incəsənətin müxtəlif sahələrində oxşar və fərqli şəkildə özünün mənəvi dəyərlərini və ümumbəşəri məna daşıyan xüsusiyyətlərini müqayisəli türkologiya metodu vasitəsilə elmi tədqiqat obyektinə çevirdiyini qeyd etdi. AMEA – nın doktorantı Kərimov Hafiz “Aşıq vokal ifaçılığında "qoşma" janrının tətbiqinə dair” məruzəsində aşıq ifaçılığının hər zaman aktual olan mühüm bir probleminə, musiqi ilə sözün vəhdəti, ifa olunan hava ilə poetik mətnin uzlaşması məsələlərinə toxundu. Sonda universitetdə təhsil alan türkiyəli tələbələr çıxış edərək Oğuzhan Mercimek Qaradəniz kamançasından, türk tələbə Alparslan Yeşilbaş is türk zərb alətlərindən bəhs etdi. Geri dön |