Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir
Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir |
Britaniya parlamentinin üzvü: "İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın tam zamanıdır”
Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlayıb. Bu barədə Avropa Azərbaycan Cəmiyyəti məlumat yayıb. Bəyanatda deyilir: "İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır". Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir. Bəyanatda deyilir: "Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir məsələ olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik". Geri dön |