Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq

Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq


Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq.


Layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib.



“Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.



O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: “Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri “Tekfen” şirkətinin, 2 800-ü isə “Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.

Geri dön