Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Hərəkatı onları qəbu etməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Siyasi partiyalar > Güney Azərbaycan Milli Hərəkatı onları qəbu etməyəcək

Güney Azərbaycan Milli Hərəkatı onları qəbu etməyəcək


“Güney Azərbaycanla bağlı təşkilatların parçalanma və ya fəaliyyətsiz hala düşməsinin səbəbləri çoxdur”
BayMedia-ya açıqlamasında belə deyən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli bildirib ki, bunlardan ən əsası həmin təşkilatların maliyyə imkanlarının olmamasıdır: “Lakin başqa səbəblərdə az deyil. Güney Azərbaycanın daxilində yaranan təşkilatlarda parçalanma az olur. Xaricdə yaradılan təşkilatlarda parçalanmanın səbəbləri həmin təşkilatları yaradan şəxslərin arasında yaranan şəxsi ixtilaflardır. Bu günə qədər bir çox ölkələrdə Güney Azərbaycanla ilgili təşkilatlar yaranıb. Güney Azərbaycanda dayaqları olan təşkilatlar başqalarına nisbətən özünü qoruyub saxlaya bilib. Amma güneydən xaricdə yaradılan təşkilatlar təəssüflə qeyd edim ki, tez bir zamanda ya parçalanıb, ya da fəaliyyətsiz hala düşüb. Lakin bütün bunlarla yanaşı Güney azərbaycanla ilgili yaranan təşkilatların arasında iş birliyinin olmaması və bəzi xaricdə olan Güneyli fəalların özlərindən başqa Güney məsələsindən kimsənin danışmasına və fəaliyyət göstərməsinə qısqancılıqla yanaşması və həttə öz imkanlarından istifadə edərək həmin adamları gözdən salmaq cəhdləri bu məsələni dahada qəlizləşdirir. Bəzi insanlar var ki, özlərini indidən Güney Azərbaycanın şahı və ya kralı hesab edirlər. Amma bunu dərk etmirlər ki, Güney Azərbaycanın rəhbərləri də, əsgərləri də Güneyin daxilində olan milli fəallar və İran rejimilə birbaşa mübarizə aparanlardır. Xaricdə olan təşkilatlar və qurumlar yanlız Güney Azərbaycanın haqq səsini Dünya ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Güney Azərbaycana rəhbər və ya prezident lazım deyil. Onlara xaricdən hər hansı bir yol göstərməyə ehtiyac yoxdur. Xaricdən olan müdaxilə güney Azərbaycana ziyandan başqa heç nə verə bilməz. İran rejimi hər zaman çalışıb ki, Güney Azərbaycan milli azadlıq hərəkatını xarici dövlətlərə bağlasın. Amma sizi əmin edirəm ki, bu günə qədər hər hansı bir xarici dövlət Güney Azərbaycan məsələsinə heç bir yardım etməyib. Əksinə Güney Azərbaycanın öz İstiqlalına qovuşmasına qarşı İran rejimilə bir yerdə olublar. Hər hansı bir xarici dövlətin Güney Azərbaycan məsələsinə müdaxiləsi o hərəkatın məhvinə yönəlmiş bir addımdır. Bunuda əlavə edim ki, nəqədər ki, xaricdə olan Güney Azərbaycan təşkilatları bir araya gəlib kolisiyon bir cəbhə yaratmayıblar Güney Azərbaycan Milli Hərəkatı onları qəbul etməyəcək”.

Əli

Geri dön