Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Eurovision-2014 mahnısının türk dilində versiyası təqdim edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanın Eurovision-2014 mahnısının türk dilində versiyası təqdim edilib

Azərbaycanın Eurovision-2014 mahnısının türk dilində versiyası təqdim edilib


Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün “Start a Fire” mahnısının yeni versiyasını təqdim edib.



“Start a Fire” balladası türk dilində “Alev Gibi” adlanır.



Təşkilatçılar bildiriblər ki, Dilarə Kazımovanın mahnısı Avropada “Eurovision” fanatları arasında populyarlıq qazanıb: “Pərəstişkarlar və “Eurovision”un başqa iştirakçıları hətta “Start a Fire” mahnısının kaver-versiyalarını yaradıblar. Dilarə “Start a Fire” mahnısının daha bir neçə müxtəlif dildə versiyalarını yazdırmaq niyyətindədir. Bu yaxınlarda Dilarə mahnısının “Bir qığılcım” adlı Azərbaycan versiyasını təqdim edib”.



Qeyd edək ki, Dilarə Kazımova mahnısını bütün dillərdə oxumaq arzusunu dilə gətirib: “İstərdim, mahnımı bütün dillərdə oxuyum ki, tamaşaçılar və dinləyicilər bizim mahnı ilə tanış olsunlar”.

Geri dön