Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Jirinovskinin türklərə nifrətinin səbəbi bəlli oldu
Jirinovskinin türklərə nifrətinin səbəbi bəlli oldu |
Anti-türk əqidəsi ilə Rusiyada rəğbət qazanan Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovski türklərin birləşib böyük Turan dövləti yaradacağına inanır. Qalmaqallı siyasətçinin türklərlə bağlı səsləndirdiyi fikirlərdən ibarət videoçarx yayılıb. siyasətçinin müxtəlif vaxtlarda etdiyi çıxışlardan hazırlanmış videorolikdə onun türklərə olan nifrəti və sonda bu nifrətin səbəbləri əks olunur.
Çıxışlarında əvvəlcə türkləri təhqir edən Jirinovski, türkdilli ölkələr olan Orta Asiya dövlətlərini - Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan respublikalarını Kiçik Rusiya adlandırır. Sonrakı çıxışlarında isə türklərin sıx birləşdiyini və Ermənistanı əzəcəyini deyir və böyük Turan dövləti yaradacağını deyir: "Türkiyə Azərbayla birləşəcəcək. Sonra da İranla birlikdə Orta Asiyaya soxulub Böyük Türk Dövləti Turanı yaradacaqlar. Siz başa düşürsüzmü onlar bizə qarşı mənmuniyyətlə birləşəcəklər. Çünki biz xaçpərəsik, onlar hamısı müsəlmandırlar. Onları birləşdirən bir şey də dilləridir. Azərbaycanlılar, qırğızlar, tatarlar, başqırdlar, qazaxlar, özbəklər, türkmənlər hamını türk dilində danışırlar. Oralarda rus dilində danışan yoxdu Geri dön |