Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rus pasportu təhlükəsi Azərbaycana da çatdı?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Rus pasportu təhlükəsi Azərbaycana da çatdı?!

Rus pasportu təhlükəsi Azərbaycana da çatdı?!


Fərəc Quliyev: "Bəzi Azərbaycan vətəndaşının eyni zamanda, rus pasportu daşımasını ölkəmkizə qarşı təhdid hesab edirəm"

Azərbaycanda bəzi vətəndaşlar var ki, ölkə vətəndaşlığı ilə yanaşı, Rusiya pasportunu da daşıyırlar. Qeyd edək ki, Azərbaycan qanunlarına görə, ölkə sakinləri ikili vətəndaşlıq ala bilməzlər. Belə bir hüququn verilməsi ancaq dövlət başçısına məxsusdur. Amma bununla bəzi insanlar var ki, öz həyatlarını müəyyən dərəcədə Rusiya ilə bağlayıb, orada bizneslə məşğuldur. Bu fəaliyyətlərini asanlaşdırmaq üçün də onların bəzilərinin Azərbaycan pasportu ilə yanaşı, rus pasportu gəzdirdikləri haqda məlumatlar yayılır.
Onu da xatırladaq ki, bu yaxınlarda Pusiya prezidenti Vladimir Putin keçmiş sovet vətəndaşlarının Rusiya pasportu ala bilmək imkanlarını xeyli dərəcədə asanlaşdırmaq barədə qərar qəbul edib. Bu araad belə iddialar da səslənir ki, Rusiya Azərbaycandan vətəndaşlığından imtina edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq verir. Qeyd edək ki, Abxaziya-Osetiya və Dnestryanı münaqişələrinin əsas oxşarlığı qəbul rus pasportlu insanların ortaya çıxması idi. Belə ki, Rusiya müdaxiləsinə qədər bu bölgələrdə rus vətəndaşları yox idi. Lakin birdən-birə rus pasportlu vətəndaşların ortaya çıxması Kremlin ssenarini əvvəldən yazdığı qənaətini yaratdı. Bütün bunlar fonunda rusiya pasportu daşıyan soydaşlarımızdan pperspektivdə Kremlin öz məqsədləri üçün istifadə etməyəcəyinə dair heç bir təminat yoxdur.


Millət vəkili Fərəc Quliyev sözügedən hərəkəti Azərbaycanın müstəqilliyinə qarşı təhdid halı kimi qiymətləndirdi: "Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq yoxdur. Ona görə də Azərbaycan vətəndaşlarına Rusiya tərəfindən pasport paylanılırsa, onlar da onu götürürsə, bu hal ölkəmizdə mövcud olan qanunları pozmaqdır. Bu mənada ona yol vermək olmaz. Rusiyada yaşayanlar həmin ölkənin vətəndaşlığını qəbul edirsə, o da burada vətəndaşlıqdan çıxmaq şərtilə mümkündür. Bu gün Rusiya bir taktika tətbiq edir. Gürcüstanda, Ukraynada Rusiya pasportlarını kütləvi şəkildə paylamaqla məşğuldur. Putin də postsovet məkanında olan hər bir vətəndaşı sovet vətəndaşı hesab etməkdə davam edir. O hesab edir ki, keçmiş SSRİ deyiləndə məhz Rusiya nəzərdə tutulur. Bu ambissiyalarını həyata keçirmək üçün də qonşu ölkələrdəki yerli əhalidən istifadə etməyə çalışırlar. Azərbaycan vətəndaşlarının bir hissəsi Putinin bu çağırışına adekvat davranacaqsa, ölkəmizin qanunlarına zidd olaraq Rusiya pasportu götürəcəksə, bu dövlətimizin qanunlarını pozmaqdır və onun qarşısında cavab verəcəklər. Aydın məsələdir ki, Rusiya hökuməti yaxın xaricə rus pasportunu elə-belə paylamır. Burada gələcəyə hesablanmış planlar var. Azərbaycan Rusiya ilə münasibətləri korlamaq, onunla düşmən olmaq niyyətində deyil, bunu istəmirik. Amma orada "milyarderlər ittifaqı" yaradıldıqdan sonra ora Azərbaycana heç bir aidiyyatı olmayan Dağıstanın başçısı Abdulatipovu da daxil etmişdilər. O da öz növbəsində ölkəmizin şimalında yaşayan azlıqlarla bağlı siyasi bəyanatlar verməyə başladı, onun tərəfindən edilən çıxışlarda ərazi iddiaları ətrafında işarələr yer almışdı. Bunun ardınca, Azərbaycan vətəndaşlarının bir hissəsinin ölkə vətəndaşlığı ilə yanaşı, Rusiya vətəndaşlığını daşımağa yönəlik hərəkətlər də bu tip bəyanatlara xidmət edən addım kimi qiymətləndirilə bilər. Bu mənada da bəzi Azərbaycan vətəndaşının eyni zamanda, rus pasportu daşımasını ölkəmizə qarşı təhdid hesab edirəm. Belə hallar ölkəmizin müstəqilliyinə qarşı təhdiddir. Azərbaycanın müvafiq orqanları bu kimi halların qarşısını qətiyyətlə almalıdır".


Rüfət NADİROĞLU

Geri dön