Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müəyyənləşib
Azərbaycanda çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müəyyənləşib |
Valideynlərini itirmiş uşaqlar isti yeməklərlə, paltar, ayaqqabı, yataq əşyaları təmin ediləcək, yaşayış sahələri təmizlənəcək
Nazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ni təsdiq edib. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi hər il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdiriləcək. Qərara əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə dövlət büdcəsi hesabına ay ərzində hər dəfə 1 saat 20 dəqiqə olmaqla 8 dəfə yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, hər dəfə 30 dəqiqə olmaqla 4 dəfə zəruri ərzaq, sənaye və məişət mallarının alınması, 1 saat olmaqla 4 dəfə mənzillərin yığışdırılması və təmizlənməsi, hər dəfə 1 saat 30 dəqiqə olmaqla 4 dəfə yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, 1 dəfə mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi təmin olunacaq. Ay ərzində zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək. Eyni zamanda fərdi iş planına əsasən sağlamlıq imkanları məhdud uşaqlara ay ərzində uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi, uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi təmin olunacaq. Qərara sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial-pedaqoji xidmətlər və sosial-psixoloji xidmətlər, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün sosial-psixoloji, tibbi-sosial xidmətlər, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial-pedaqoji və sosial-psixoloji xidmətlər, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial-psixoloji xidmətlər, sosial-hüquqi xidmətlər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial-psixoloji və sosial-pedoqoji xidmətlərlə bağlı aylıq həcmlər və bu xidmətlərin göstərilməsi qaydaları müəyyənləşdirilib. İnsan alveri qurbanları və məişət zorakılığından zərərçəkənlər üçün fərdi iş planı əsasında sosial-psixoloji (peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımı və s), sosial-hüquqi (maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi, sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi, ) xidmətlər təşkil olunacaq. Müəyyən yaşayış yeri olmayan şəxslər isə sosial xidmət müddəti ərzində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcək, yataq və geyim əşyalarının yuyulması, ütülənməsi təşkil olunacaq, tibbi müayinədən keçiriləcək. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün isə fərdi iş planı əsasında ay ərzində psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstək veriləcək, xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələr aparılacaq. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün də fərdi iş planına əsasən sosial-psixoloji və tibbi-sosial xidmətlər təşkil ediləcək. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sosial xidmət müddətində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin ediləcək, yaşayış sahəsi təmizlənəcək, yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin ediləcəklər. Geri dön |