Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “İşğal faktını tanımaq, Azərbaycanın haqlı olduğunu bəyan etmək kifayət deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “İşğal faktını tanımaq, Azərbaycanın haqlı olduğunu bəyan etmək kifayət deyil”

Fərəc Quliyev: “İşğal faktını tanımaq, Azərbaycanın haqlı olduğunu bəyan etmək kifayət deyil”


“Son zamanlar beynəlxalq təşkilatların ölkəmizə marağı artıb. Bunun nəticəsidir ki, Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir”. Bunu SİA-ya millət vəkili Fərəc Quliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili bildirib ki, bu tədbirin keçirilməsi ölkəmizi tanıtmaq baxımında mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan çox tolerant və sivil ölkədir və ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri eyni hüquqa malikdirlər. Həmçinin Azərbaycan dinlərarası tolerantlıq nümayiş etdirir. Ona görə də belə beynəlxalq tdbirlərin keçirilməsi təəccüb doğurmamalıdır. Çünki Azərbaycan bu məsələdə özünü nümunə kimi göstərir”.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı forumda səslənən fikirləri də şərh edib: “BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsi var. Onlarda Ermənistanın Dağlıq Qarabağı işğal etdiyi və onlardan qeyd-şərtsiz çıxması ilə bağlı tələb qoyulub. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsində bundan ciddi sənəd yoxdur. BMT Nizamnaməsinin VII bəndinin 41-42 paraqraflarına əsasən işğalçının işğal etdiyi torpaqlardan ya hərbi ya da qeyri-hərbi sanksiyalar tətbiq etməklə çıxmasını təmin edilməlidir. Ancaq işğal faktını tanımaq, Azərbaycanın haqlı olduğunu bəyan etmək kifayət deyil”.

F.Quliyev vurğulayıb ki, dünyanın hər yerində işğalçının işğal etydiyi torpaqlardan çıxarılması üçün tədbirlər görülür və Azərbaycanla bağlı da bu işlər görülməlidir.

Elvin Abdulqədirov

Geri dön