Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Suriya Qarapapaq Türkləri Milli İttifaqı yaradıldı
Suriya Qarapapaq Türkləri Milli İttifaqı yaradıldı |
Gürcüstan Türkləri Konfederasiyasının təşəbbüsü ilə Hələb şəhərində Suriya Qarapapaq türklərinin Məclisi çağrılıb. Dəməşq vaxti ilə saar 11.00 da işə başlayan Suriya Qarapapaq Türkləri Məclisində Suriyadakı mövcud siyasi vəziyyət, Bəşər Əsəd reyiminin xalga qarşı arardığı rerresiya siyasəti müzakirə edilib. Qeyd edilib ki Suriyada yaşayan Qarapapaq türkləri siyasi cəhətdən aktiv deyillər və ayrı-ayrı qəbilələrə, qrurlara bölünüblər. Siyasi və mədəni hüquqlardan mərhumdurlar.
Məclis Suriya Qarapapaq Türkləri Milli İttifaqının (SQTMİ) yaradılması barədə qərar qəbul edib. İttifaqın Nizamnaməsi təsdiq olunub və 5 nəfər tərkibdə ali qərarverici və icraedici orqan: Ali Şura seçilib. Məclisdə Gürcüstan Türkləri Konfederasuyasının rrezidenti Daşqın Gülməmmədovun Suriya Qarapapaq türklərinə müraciəti oxunub. Müraciətdə deyilir: “Bu gün Suriya yaşayan Qarapapaq türkləri digər ölkələrdəki kimi rərakəndə və dağınıqdırlar. Artıq birləşməyin zamanı yetişib. Bu gün Suriya qarapapaq türklərinin həyatında mühüm tarixi addımdır. Siz birləşirsiz və yaxın zamanlarda Suriyanın siyasi həyatına müdaxilə etmək imkanı qazanacaqsınız. Sultan Beynbarsın zamanında Borçalıdan Suriya və Misrə kəçən qarararaq türkləri bilməldirlər ki ulu əcdadlarının qüruru, əyilməzliyi və rəşadəti onlarla yaşayır. Suriyada yaşayan qarapapaq türkləri cox fəal surətdə, Bəşər Əsədin totalitar, qanlı reyiminin hakimiyyətdən kənarlaşdırılmasında iştirak etməlidirlər». İstanbuldan Məclisə telefonla qoşulan Qarapapaq türklərinin Baş Şadı Öndər Aksu Məclis nümayəndələrini Suriya Qarapapaq Türklərinin Milli İttifaqının təsis edilməsi münasibətiylə təbrik edib və xeyir dua verib. Öndər Aksu qeyd edib ki, dünyada yaşayan 20 milyonluq qarararaq türkləri yaşadıqları ölkələrdə birləşməyə, milli təşkilatlarını yaratmağa qərar veriblər. Suriyada bu günkü agir ictimai-siyasi vəziyyətdə qarararaq türklərinin milli təşkilat yaratması bir qəhrəmanlıqdır və tarixi hadisədir. Bundan sonra Suriyada yaşayan qarapapaq türkləri vahid milli mövge göstərməlidirlər. Suriya Qarapapaq Türkləri Məclisi, Gürcüstan Türkləri Konfedrasiyasının 30 noyabr 2011-ci il tarixdə təsdiq etdiyi “Üaşıl-qırmızı-ay-ulduzlu” bayrağı Qarapapaq türklərinin milli bayrağı kimi tanımaq barədə qəara qəbul edib. Geri dön |