Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > HƏR BİR AZƏRBAYCANLININ STOLÜSTÜ KİTABI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > HƏR BİR AZƏRBAYCANLININ STOLÜSTÜ KİTABI

HƏR BİR AZƏRBAYCANLININ STOLÜSTÜ KİTABI


Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət komissiyasına 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası tərəfindən nəşr edilmiş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası təqdim olunmuşdur.
Ümummilli lider Heydər Əliyev qloballaşma şəraitində davamlı inkişaf üçün elmin, təhsilin və mədəniyyətin, xüsusilə intellektual potensialın müstəsna əhəmiyyətini hər zaman qeyd etmişdir.
Monoqrafiya, Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş, xarici ölkələrin təcrübəsi əsasında milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi strateji vəzifəsinə uyğun olaraq hazırlanmışdır. O, Ümummilli liderin siyasi kursunu müvəffəqiyyətlə inkişaf etdirən və Azərbaycanın milli maraqları və zamanın çağırışları ilə şərtlənən yeni məzmunla zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və dövlət fəaliyyəti məqsədlərinə və proqramlarına cavab verir. Cənab İlham Əliyev tərəfindən, - intellektual mədəniyyətin prioritet inkişafı, strateji milli resurs və güclü dövlətin əsas şərtlərindən biri olan insan kapitalının inkişafı, ənənəvi Azərbaycan mədəniyyətinin qorunub saxlanması və qloballaşma şəraitində Azərbaycanın davamlı və təhlükəsiz inkişafının siyasi amili olan multikulturalizmin inkişafı kimi aktual siyasi və kulturoloji vəzifələr formulə edilmişdir.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 5 mart 2014-cü ildə keçirilmiş Böyük Elmi Şurası tərəfindən DİA-nın Tarix kafedrasının professoru Fuad Teyyub oğlu Məmmədova Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının verilməsi haqqında vəsatət qaldırılmışdır.
Akademiyanın vəsatətində deyilir: “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası Azərbaycanda elmin, təhsilin və maarifin inkişafına, idarəçilik kadrlarının hazırlanmasına və insan kapitalının inkişafına ciddi töhfədir. O, dövlət idarəçiliyi sahəsində daha çox inkişaf etmiş xarici ölkələrin konkret təcrübəsini ilk dəfə ümumiləşdirən innovativ əsərdir. Burada ilk dəfə olaraq, sistemli kulturoloji yanaşma əsasında, tarixi təcrübə göstərilmiş, Qərb və Şərq ölkələrinin dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti, xüsusiyyətləri və texnologiyaları göstərilmişdir. Bununla yanaşı, kitab Azərbaycan elmində yeni istiqamətin – kulturologiyanın təşəkkülü və inkişafı üçün elmi və praktik əhəmiyyətə malik ciddi kulturoloji tədqiqatdır. Monoqrafiyanın üstünlüklərindən biri odur ki, o, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmişdir (2090 saylı əmr, 20 noyabr 2012-ci il).
Monoqrafiya, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici ölkələrin təcrübəsi əsasında milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi strateji vəzifəsinə, həmçinin Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş, başlıca strateji milli resurs və güclü dövlətin əsas şərtlərindən biri olan insan kapitalının inkişafı vəzifəsinə uyğun olaraq hazırlanmışdır.
Bunu nəzərə alaraq, monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının verilməsi üçün nominasiya qismində irəli sürülmüşdür.
Kitabın müəllifi Fuad Məmmədov – görkəmli Azərbaycan alimi, təcrübəli pedaqoq, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan elmində yeni istiqamətin – kulturologiyanın yaradıcısıdır. “Wikimedia Foundation, Inc.” Fondu tərəfindən yaradılmış İnternet-ensiklopediyada Fuad Teyyub oğlu Məmmədovun adı - Eduard Taylor, Osvald Şpenqler, Arnold Toynbi, Karl Yaspers və b. kimi dünya səviyyəli kulturoloqlarla bir sırada dayanır.
Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” əsəri hər bir azərbaycanlının stolüstü kitabı olmağa layiqdir.

“Simurq” Azərbaycan mədəniyyət
Assosiasiyasının mətbuat xidməti
03 may 2014 il

Geri dön