Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Astanada Asiya İnkişaf Bankının 47-ci İllik Toplantısı öz işinə başlayıb
Astanada Asiya İnkişaf Bankının 47-ci İllik Toplantısı öz işinə başlayıb |
May ayının 2-də Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı öz işinə başlamışdır.
Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. "Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu" devizi altında keçirilən İllik Toplantının əsas mövzusu təkmilləşdirilmiş regional keçid və Mərkəzi Asiyada artıma nail olmaqdır. İllik Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra plenar iclaslarda, o cümlədən "Asiya-Sakit Okean regionunda dəqiqləşdirilmiş inkişaf məqsədlərinə doğru" və "Asiyanın iqtisadi perspektivləri" mövzularında iclaslar, "II Ümumdünya antiböhran konfransı" və digər tədbirlərlərdə iştirak etmişdir. Təkcə Asiya regionunun deyil, ümumilikdə bütün dünya dövlətlərinin, eyni zamanda aparıcı maliyyə və biznes mərkəzlərinin diqqət mərkəzində olan bu nüfuzlu tədbir 2015-ci ildə Bakı şəhərində keçiriləcəkdir. Məhz buna görə də, beynəlxalq toplantının keçirildiyi Astananın Müstəqillik sarayında Azərbaycanın tanıtımı məqsədi ilə ayrıca pavilyon qurulmuşdur. Pavilyonda ölkəmizlə bağlı bir sıra maraqlı məlumatlar təqdim edilir. Burada Prezident İlham Əliyevin rəhbərlyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir. İştirakçılara Dağlıq Qarabağ, respublikamızın turizm marşrutları, mədəniyyətimiz, mətbəximiz barədə broşur, buklet, kitabça, CD və digər əyani vəsaitlər paylanır. Bundan başqa, burada quraşdırılmış xüsusi monitorlarlarda Azərbaycan haqqında müxtəlif video-çarxlar da nümayiş olunur. Olduqca maraqlı və zövqlə yaradılmış pavilyon iştirakçıların böyük marağına səbəb olmuş, tədbirin keçirildiyi günlərdə Azərbaycan pavilyonuna çoxsayda xarici ölkə təmsilçiləri baş çəkərək ölkəmiz haqqında ətraflı məlumat alırlar. Eyni zamanda Azərbaycan pavilyonu dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuş, CNBS və digər nüfuzlu KİV-lər bu barədə ayrıca reportaj hazırlamışlar. İllik toplantı mayın 5-də işini yekunlaşdıracaq. 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunmuşdur. Geri dön |