Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təriqətçilik əleyhinə layihələr maliyyələşdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Təriqətçilik əleyhinə layihələr maliyyələşdiriləcək

Təriqətçilik əleyhinə layihələr maliyyələşdiriləcək


Azay Quliyev: "Milli maraqlarımızı təhdid edən, ümumi dini konstruksiyamızı pozan bütün qeyri-ənənəvi, radikal dini cərəyanların hamısı təhlükəlidir"

Azərbaycanda dövlət qurumları QHT-lərin nurçuluğun yayılmasının qarşısının alınmasına yönəlik layihələrini maliyyələşdirəcək.
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev APA-ya açıqlamasında deyib ki, nurçuluq, vəhhabilik, ümumiyyətlə, milli maraqlarımızı təhdid edən, ümumi dini konstruksiyamızı pozan, insanları başqa yola yönləndirən və başqa qrupların əlində siyasi alətə çevirən bütün qeyri-ənənəvi, radikal dini cərəyanların hamısı təhlükəlidir. Onun sözlərinə görə, Şuranın mart ayında elan etdiyi qrant müsabiqəsində ayrıca bir mövzu buna həsr edilib və Şura bu istiqamətdə layihələri maliyyələşdirəcək: "Cinayət Məcəlləsinə əlavə edilib və artıq bu cür təriqətlərə qoşulan, terror hadisələrində iştirak edən, Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrdə iştirak edənlərə qarşı cinayət təqibi var. Eyni zamanda biz başa düşürük ki, bu cür dini cərəyanlarla, qruplarla, şəbəkələrlə təkcə qanunvericilik səviyyəsində, hüquq dilində danışmaq effekt vermir. Bununla yanaşı, profilaktiki işlər aparılmalıdır ki, gənclərimizin bu cür qeyri-qanuni və qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməsinə imkan verilməsin. Bu mövzuda qrant müsabiqəsində iştirak etmək istəyən QHT-lər layihələrini təqdim ediblər. 200-ə qədər layihə daxil olub, yaxın zamanlarda qaliblər elan olunacaq. Bu istiqamətdə əsaslandırılmış təkliflər verən, layihələrlə çıxış edən QHT-ləri dəstəkləyəcəyik. Bu, artıq Şuranın mövqeyidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, son 2 il ərzində Dövlət Komitəsi zərərli dini cərəyanlar, o cümlədən qeyri-qanuni yollarla nurçuluq, həmçinin təkfirçi düşüncəni yayan radikal vəhhabilik haqqında əhalinin maarifləndirilməsi, onların yayılmasının qarşısının alınması istiqamətində QHT-lərlə mütəmadi olaraq birgə fəaliyyət həyata keçirir.
Dövlət Komitəsinin dini icmaların sosial layihələrinə dəstək proqramı da müvafiq QHT-lərlə partnyorluq formasında həyata keçirilir.
Gənclər və İdman Nazirliyi də gənclər təşkilatlarının bu istiqamətdə layihələrinə dəstək verməyə hazır olduğunu açıqlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, əgər hansısa gənclər təşkilatları tərəfindən zərərli sektalarla mübarizə, dövlət əleyhinə yönəlimiş hansısa neqativ faktlarla mübarizə məqsədilə bağlı layihələr təqdim olunarsa, nazirlik bu layihələri dəstəkləməyə hazırdır.
Azərbaycan prezidenti yanında Gənclər Fondundan isə APA-ya bildirilib ki, Fondun qrant müsabiqələri çərçivəsində elan olunan mövzu və istiqamətlərə Fondun Müşahidə Şurası tərəfindən qərar verilir: "Növbəti qrant müsabiqəsi yay aylarında həyata keçiriləcək və maliyyə dəstəyi ayrılacaq layihələrin mövzuları Müşahidə Şurası tərəfindən açıqlanacaq".

Geri dön