Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ-dan Rusiyaya zərbə
ABŞ-dan Rusiyaya zərbə |
Vergi haqqında qanun Rusiya banklarını çətin vəziyyətə sala bilər
ABŞ-ın yeni vergi haqqında qanunu Rusiya banklarının biznesini çətin vəziyyətə sala bilər. Bu barədə qərar yay aylarında qüvvəyə minəcək. Yeni qanuna əsasən bütün banklar öz amerikalı əmanətçiləri haqqında informasiyanı ABŞ hakimiyyətiylə bölüşməlidir. Qanunun əsas məqsədi xaricdəki hesabları olan ABŞ vətəndaşları arasında vergidən yayınmanın qarşısını almaqdır. ABŞ artıq 50 ölkə ilə qanuna uyğun olaraq məlumat mübadiləsi haqqında saziş bağlayıb. Rusiya ilə də bu cür oxşar danışıqlar aparılıb. Lakin Ukraynadakı son vəziyyətə görə ikitərəfli əlaqələr dondurulub. ABŞ Dövlət Vergi Xidmətinin sədrinin sabiq müavini Mark Matthevs isə bu vəziyyətin Rusiya banklarını çətin vəziyyətə salacağını söyləyib: "Bu Rusiya bankları üçün çox böyük problemdir. Bu dəyişiklik onların rəqabətililik qabiliyyətlərini azaldacaq və nəticədə banklar kapital azalması ilə üzləşə bilərlər". Geri dön |