Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əvvəlki illərin məzunlarının II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Əvvəlki illərin məzunlarının II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

Əvvəlki illərin məzunlarının II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir


Bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçirilir. İmtahanların idarə olunmasına 143 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1557 nəzarətçi-müəllim cəlb olunub.



İmtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 16831 nəfəri (II qrup üzrə 7237 nəfər, III qrup üzrə 9594 nəfər) Azərbaycan bölməsinin, 1467 nəfəri (II qrup üzrə 659 nəfər, III qrup üzrə 808 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7596 nəfəri (II qrup üzrə 4857 nəfər, III qrup üzrə 2739 nəfər) oğlanlar, 10702 nəfəri (II qrup üzrə 3039 nəfər, III qrup üzrə 7663 nəfər) isə qızlardır. 15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 60 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir. Bakı şəhərində 8052, Naxçıvanda 896, Gəncədə 2193, Sumqayıtda 1083, Mingəçevirdə 829, Şəkidə 1000, Ağcabədidə 712, Göyçayda 803, Şirvanda 592, Lənkəranda 1203, Xaçmazda isə 935 abituriyentin imtahan verəcəyi gözlənilir.



İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.



İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.



İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.

Geri dön