Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Azərbaycan Qərb üçün də önəmli bir ölkədir
Azərbaycan Qərb üçün də önəmli bir ölkədir |
Ramiz Alıyev: Azərbaycan Qərb üçün də önəmli bir ölkədir
Fransa prezideti Fransua Ollandın Azərbaycana səfərinə müxtəlif ekpertər müxtəlif aspektlərdən yanaşırlar. Bəzi ekspertlər onun Qafqaza səfərinin Azərbaycandan başlamasını yüksək qiymətləndirirlər. Ümumiyyətlə bu səfərin əhəmiyyəti nədən imbarətdir? Bu səfər ikitərəfli münasibətlərə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə necə təsir göstərəcək? Politoloq Ramiz Alıyev bildirdi ki, Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri böyük hadisədir: “Bu səfər onu göstərdi ki, Azərbaycan təkcə regionun lider dövləti yox, Qərb üçün də önəmli bir ölkədir! Bura həm iqtisadi, enerji layihələri, həm də ölkədə hazırki dövlət idarəçiliyi və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasəti daxildir. Fransa Avropanın lider olklərindən biridir, belə bir dönəmdə ölkə prezidenti səviyəsində bir səfəri ölkəmiz üçün təqdirə layiq hadisə sayılmalıdır. Belə ki Ukraynada gedən proseslər zamanı və digər regionlarda gedən siyasi proseslərə müstəqil və obyektiv şəkildə Azərbaycan tərəfindən münasibətin bildirilməsi bir daha subut edir ki, ölkəmiz düzgün siyasət yeridir”. Onun sözlərinə görə, prezidentlərin mətbuat konfransı zamanı və iki ölkə arasında təşkil olunan Biznes Formda Fransa Prezidenti Fransua Ollandın ölkəmiz üçün səsələndirdiyi fikirlərə diqqətlə qulaq asnada görmək olur ki, Azərbaycanla yaxşı münasibət Avropa və və Fransa üçün necə böyük maraq kəsb edir: “Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, həm də ATƏT-in MİNSK qrupunun həmsədridiri olduğu üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda daha aktiv fəaliyyət göstərməlidir. Fransa BMT-nin erməni qoşunlarının qeyri şərtsiz olaraq Azərbaycan ərazisini boşaltması haqqında qətnaməsi veriləndə həmin qətnaməni dəstəkləyən bir ölkə olub. Belə məntiq ortaya çıxır ki, vaxtında Fransa da haqlı olaraq Ermənistanın işğalçı ölkə olmasını təsdiqləyib, indi isə həmin qərarlara da hörmət etməlidir. Prezident Fransua Olland və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanı məcbur etməlidir ki, işğalçılıq əməllərindən əl çəksin. Fransa Prezidenti Fransua Olland kimi siyasi liderlər də çox gözəl bilir ki, Ermənistanın çıxış yolu yalnız və yalnız Azərbaycanın tarixi torpaqlarını işğal etməsindən keçir. İstər Türkiyə ilə olan münasibətlər və sərhədlərin bağlı olması, istərsədə regionda həyata keçirilən böyük siyasi və iqtisadi layihələrdən kənərda qalmamaq üçün ermənistan şərtsiz olaraq işğalçılıq əməllərindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir və haqsız olaraq Türkiyəni qınadığı və yalan uydurmalarla dolu olan “qondarma erməni soyqırımı” iddasından əl çəkməlidir”. Elnur Eltürk Geri dön |