Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir

Azərbaycanda qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir


İmtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar ediləcək

Bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması istiqamətində daha bir yenilik tətbiq edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, qəbul imtahanları keçirilən imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar edən sistemin köməkliyi ilə həmin vasitələrdən istifadənin qarşısı alınacaq.

TQDK sədrinin sözlərinə görə, əgər imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməkliyi ilə onun yerləşdiyi otaq müəyyənləşdiriləcək: “Onsuz da imtahan binalarına buraxılış rejimində abituriyentlər ciddi yoxlamadan keçirlər. Buna görə də köməkçi vasitəni imtahan binasına keçirmək demək olar ki, mümkün deyil. Ancaq hər hansı belə bir hal baş versə belə, həmin imtahan iştirakçısı müəyyən olunacaq və onun barəsində müvafiq tədbirlər görüləcək”.

Geri dön