Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Arseni Yasenyuk: Stalin və bolşeviklər düşünürdülər ki, Krım tatarlarını məhv edə biləcəklər, lakin bu xalq o rejimi məhv etdi
Arseni Yasenyuk: Stalin və bolşeviklər düşünürdülər ki, Krım tatarlarını məhv edə biləcəklər, lakin bu xalq o rejimi məhv etdi |
Mayın 16-da axşam Kiyevdə, Ukrayna Milli Operasının binasında Krım tatarlarının və Krımın digər xalqlarının sovet hökuməti tərəfindən zorakılıqla deportasiyasının 70-ci ildönümünə həsr olunmuş rekviyem-gecə keçirilib.
Ukrayna Nazirlər Kabinetinin verdiyi məlumata görə, gecədə iştirak edən Ukraynanın baş naziri Arseni Yasenyuk iştirakçıları tatar dilində salamlayıb: “Xoş gəldiniz, qəhrəman Krım tatar millətinin təmsilçiləri...” A. Yasenyuk deyib ki, deportasiyanın 70-ci ildönümü Krım tatarlarının və ukraynalıların ümumi vətəni – Krımın işğalı dövrünə təsadüf edib. O qeyd edib ki, dəhşətli sovet deportasiyasından sonra bir çoxları öz torpaqlarına qayıdacağına ümid etmirdi, bir çoxlarında məyusluq yaranmışdı: “Lakin böyük xalqın inamı, əqidəsi və gücü nəticəsində həm Krıma qayıdış baş tutdu, həm də xalqın mövcudluğu və onun dili qorundu. Bu gün biz inanır və bilirik ki, Krım tatar və Ukrayna xalqlarının “bu, bizim vətənimizdir, bizim torpağımızdır, Krımı heç kim heç vaxt bizdən ala bilməz” deyə bilməsi üçün 40 il gözləmək lazım gəlməyəcək. Qürurla söyləyirəm ki, Ukrayna və Krım tatar xalqları qardaşdır, qardaş olub və olacaq! Biz öz azadlığımız üçün birlikdə mübariz aparmışıq və bu mübarizə heç vaxt asan olmayıb. Lakin bu mübarizə bizim övladlarımızın və ölkəmizin gələcəyi uğrunda mübarizədir. Stalin və bolşeviklər düşünürdülər ki, deportasiya vasitəsilə onlar xalqı məhv edə biləcəklər. Əksinə oldu və bu xalq onu deportasiya edən rejimi məhv etdi. Krım tatarları bu gün var, bolşeviklər isə yoxdur. Belə də olacaq!” A. Yasenyuk Krım tatar xalqı ilə bağlı Ukrayna parlamenti və hökumətinin atdığı addımların ilk növbədə Mustafa ağanın (Mustafa Abdulcəmil Krımoğlu) sayəsində mümkün olduğunu söyləyib. O, Ukrayna parlamentinin Krım tatarlarını Krımın köklü əhalisi olaraq tanıdığını və 18 mayın prezident fərmanı ilə Krım tatarlarının hüquqları uğrunda mübarizə günü elan olunduğunu xatırladıb. Baş nazir Ukrayna hökumətinin qərarı ilə Kiyevdə Krım Evinin yaradıldığını da açıqlayıb. Geri dön |