Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aztəminatlı ailələrə hüqüqu yardım.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Aztəminatlı ailələrə hüqüqu yardım.

Aztəminatlı ailələrə hüqüqu yardım.


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Aztəminatli əhalinin sosial hüquqlarinin müdafiəsi ilə bağlı hüquqi məsləhət xidmətinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərcivəsində aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilib və artıq fəaliyyətə başlayıbdı. Layihə 4 ay müddətində 5 işçi heyəti tərəfindən Bakı və regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icra planına uyğun olaraq 15 may 2014-cü il tarixində Göygöl rayonunda “Aztəminatli əhalinin sosial hüquqlarinin müdafiəsi ilə bağlı hüquqi məsləhət xidmətinin təşkili” adlı layihəsi ilə bağlı içtimai müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat vermişdir. Tədbirdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Aztəminatlı əhalinin inzibati və məhkəmə qaydasında hüquqlarının müdafiəsi formaları haqqında” və AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanov “Aztəminatlı əhalinin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri” haqqında məruzələrlə çıxış ediblər. Tədbirdə Göygöl rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülsəba Ələsgərova, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombusmanın) Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Xudiyeva, Əlil Qadınlar Cəmiyyətinin Prezidenti Məhluqə Rəhimova, Əlil Qadınlar Cəmiyyətinin Göygöl şöbəsinin müdüri Süsən Qurbanova və digərləri çıxış ediblər. Sonra layihənin koordinatoru, prof.Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab verib və layihənin hüquqşünas-ekspertləri müraciət edənlərə hüquqi yardım göstəribdir.
Günel

Geri dön