Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı Metropoliteni Dərnəgül elektrik deposunun ərazisində məskunlaşmış məcburi köçkünlərə sonuncu dəfə xəbərdarlıq edib
Bakı Metropoliteni Dərnəgül elektrik deposunun ərazisində məskunlaşmış məcburi köçkünlərə sonuncu dəfə xəbərdarlıq edib |
Bu gün Bakıda Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisində “Bakı Metropoliteni” QSC-nin III növbəsinin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikintisi üçün mikrorayonun Xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsində məskunlaşmış məcburi köçkünlərə evlərini tərk etmək üçün sonuncu dəfə xəbərdarlıq edilib.
Bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, bu ərazidə deponun tikilməsi üçün 1986-cı ildən torpaq ayrılsa da, ərazi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən tutulub. “Siyahıya alınma zamanı məlum olub ki, 83-ü məcburi köçkün ailəsinə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan sakinlərə kompensasiya ödənilərək ərazilərdən köçürülməsinə nail olunub. Məcburi köçkün ailələri mənzillə təmin olunub, amma 6 ailə ərazini boşaltmaqdan imtina edib”, - deyə N. Paşayev bildirib. N. Paşayevin sözlərinə görə, məcburi köçkünlərin ərazidən köçürülməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Maliyyə Nazirliyi tərəfindən vəsaiti ayrılıb. Vəsait hesabına mənzillər alınaraq, QMKİDK vasitəsilə ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə verilib. Qeyd edək ki, ərazini tərk etmək istəməyən 6 ailə təzminat tələb edir. Onlar verilən evlərin müvəqqəti sığınacaq olduğunu iddia edirlər. Lakin “Bakı Metropoliteni” QSC onların kompensasiya tələbini qanuna zidd sayır. Geri dön |