Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... VII HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... VII HİSSƏ

Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... VII HİSSƏ


Oğuz yurdunda quraşdırılmış for-post keçid zona - “ölkə” - Ermənistan


Ərəblərin daha bir ciddi tarixi səhvi ondan ibarət idi ki, bütün Qərbi Azərbaycan ərazisini “Ərməniyyə” adı altında inzibati ərazi vahidi kimi birləşdirdi və Azərbaycan-türk ərazilərini də Armaniya-Ərməniyyə adı altında xəritəyə saldı. Nə üçün Ərməniyyə?!
İş burasında idi ki, indiki Türkiyənin güneydoğusu təxminən Vana qədərki ərazi müxtəlif millətlərdən ibarət bir neçə feodal dövləti kimi tanınsa da hələ islamdan öncə və sonra bütpərəstlik dininə deyil, atəşpərəstlik dininə qail olduqlarına görə ərəb səyyahları buranın kiçik bir hissəsini Qorman - oda tapınan adamlar diyarı kimi qeyd etmişdilər; “ Or-man “(Qor-man -oda sitayiş edən adam). Hələ isgit və xəzər dönəmində ərəblərin buralara gəldiyi VII-VIII yüzillikdən xeyli əvvəl III-IV əsrlərdə Göy Sak türkü olan Meddlər, Elamlar, Atropatlar və Kaspianalılar buranı “Arman”, “Armin” adlandırmışdı. Arman-Armin-Armen sözü “ Qor + man” -dan əmələ gəlmişdi. Burada sadəcə Qor sözündəki - q səsi yumşalıb - k-ya, x-ya, h-ya keçmiş, sonra h-səsi düşmüş və ərəblərin yazıya aldığı vaxt coğrafi ad “Arman ” kimi tələffüz edilirdi. Ona görə ərəblər bu yerlərin adını Qorman deyil, Orman şəklində yazıya aldılar. Bir də ərəb dilinin məkan bildirən şəkilçisinin qrammatik tələbi ilə Arman sözü ərəbcədə Armaniyya, Arminiyya, Ərməniyyə kimi tələffüz edildiyinə görə bu coğrafi məkanın adını ərəblərdən alan cənubi avropalılar Roma və Bizans ədəbiyyatına bu məkanın adını çoxdan “Armaniya, Arminiya, Armeniya ” kimi daxil etmişdilər. Arminiya və ya Armeniya bir dövlət ərazisi, inzibati qurum adı deyildi. İnzibati qurum adı olsaydı heç olmazsa, bir kiçik şəhər adı olsa belə bu günə gəlib çatardı. Ona görə də məsələn, XV yüzillikdə bu coğrafiyaya nə zamansa Armaniya deyilməsi çoxdan unudulmuşdu. Demək, ərəblər İslam öncəsi və İslam sonrası indiki Türkiyənin güney-doğusunu Ərməniyyə kimi tanıyırdılar, o səbəbdən sadəcə Ərməniyyə kimi təsəvvür etdikləri coğrafiyaya güney Qafqazı- Qərbi Azərbaycanı da əlavə etməklə özləri üçün rahat olsun deyə “kağız” üzərində Ərməniyyə coğrafiyasını xəritədə genişlətdilər. Beləliklə Diyarbəkirdən indiki İğdıra - Naxçıvana qədərki coğrafiya kağızda, ərəb xəritəsində Ərməniyyə adlandı. Təəssüf ki, ərəblərin tarixi səhvi ucbatından o vaxta qədər yalnız səyyahların əsərində kiçik coğrafi ərazi bildirən Ərməniyyə sözü tarixdə ilk dəfə olaraq geniş inzibati ərazi vahidi mənasinda işlənməyə başlandı və bu vəziyyətin mahiyyətinə varmayan psevdotarixçilər Ərməniyyə adına gah dövlət qurumu kimi baxdılar, gah sadəcə coğrafi ərazi kimi baxdılar, gah də indiki xəritədə görülən Ermənistan kimi baxdılar. Belə ki, tarixçilər, xüsusilə erməni tarixçiləri bilərəkdən bilməyərəkdən Qərbi Azərbaycan coğrafiyasının bir hissəsini qəsdən indiki Ermənistanla qarışdırıb dolaşdırdılar. Bu dolaşıqlıq hələ də tarix elmində davam etməkdədir, çünkü bunu erməni “ tarixçiləri” belə istəyirlər. Bu dolaşıqlıq ermənilərə bütün mənalarda sərf edir. Ona görə də ermənilər tarixi dünya durduqca qarışdıracaqlar.
Sonralar Ərmən sözünün ilkin mənası olan qor-qədim türkcə od, atəş ( atəş sözü də qədim türk sözüdür; atəş; at-od və iş-ış-işıq- dan gəlir.) və man-adam-“atəşə sitayiş edən adam ” mənası unuduldu, daha çox yeni məna - “orman adamı-meşə adamı ” mənası qazandı. İndiki Van gölünün cənub-qərbində Ani qəsəbəsi də Armaniya adlı kiçik ərazinin içində yerləşirdi. Bu Ani qəsəbəsi də Qərbi Azərbaycandan xeyli uzaqda yerləşirdi. Ancaq bu ərazidə və Ani qəsəbəsində bir neçə tayfa yaşayırdı. O tayfalardan biri də Haylar idi. Ani erməni tarixçilərinin yazdığı kimi hay-erməni şəhəri və ya paytaxt deyildi. O şəhər də zaman -zaman Armaniya coğrafiyası ilə birlikdə qonşu -məs. Urartu kimi-güclü dövlətlərin hüquqi tabeliyində mövcud ola bilirdi. Urartudan sonra da bu coğrafiyada müxtəlif dövlət qurumları təşkil edilib və hər zaman bu Ani şəhərində müxtəlif xalqlar yaşayıb, bu şəhərin sırf erməni tayfasına heç vaxt heç bir aidiyyatı olmayıb. Yəqin ki, gənc tarixçilərimiz, arxeoloqlarımız, etnoqraflarımız bu məsələyə ciddi yanaşacaq, araşdırmalar aparacaq və bütün dünyaya sübut edəcəklər ki, Ani erməni şəhəri olmamışdır.

Geri dön