Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycanda dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə görə cəzanın müddəti 20 ilə qədər artırılır
Azərbaycanda dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə görə cəzanın müddəti 20 ilə qədər artırılır |
Azərbaycanda dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etmə ilə bağlı cəzalar sərtləşdirilir, cəza müddəti 20 ilə qədər artırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 277-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu cəza 10 ildən 15 ilə qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq. Geri dön |