Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Xələf Xələfov: Rusiya ilə sərhədlərin demarkasiyası üçün lazım olan 8 təlimatdan 4-ü razılaşdırılıb
Xələf Xələfov: Rusiya ilə sərhədlərin demarkasiyası üçün lazım olan 8 təlimatdan 4-ü razılaşdırılıb |
“Sərhədlərin demarkasiyası uzun prosesdir”
“Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun olaraq demarkasiya işləri davam etdiriləcək”.Bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya-Azərbaycan sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclasının yekunlarını şərh edərkən deyib. Nazir müavini xatırladıb ki, dövlət başçıları tərəfindən “Dövlət sərhədi haqqında” müqavilə imzalanıb və qüvvəyə minib: “Müqavilənin şərtlərinə görə, hər iki dövlət demarkasiyanın aparılması üçün dövlət komissiyası yaradıb. Bu komissiya artıq fəaliyyətə başlayıb. Birinci iclas Moskvada keçirilib. Orada biz çox vacib hüquqi sənəd olan komissiyanın Əsasnaməsini qəbul etmişik. Bu, komissiyanın demarkasiya ilə bağlı fəaliyyət aparmasına əsas yaradır. Bu sənəd də qüvvəyə minib, parlament tərəfindən təsdiq olunub. Bunun əsasında biz komissiyanın səlahiyyətlərinə uyğun olaraq və demarkasiya prosesini aparmaq üçün müvafiq təlimatlar və qaydalar işləyib hazırlayırıq və onları qəbul edirik". X. Xələfovun sözlərinə görə, bugünkü iclas həmin qaydaların işlənib hazırlanması və qəbul olunmasına həsr olunub: “Səkkiz təlimat qəbul olunmalıdır. Bu təlimatlardan 4-nü ikinci iclasda razılaşdırmışıq. İnanıram ki, ikinci iclasın nəticələrinə görə bu təlimatlar qəbul olunacaq. Bunla paralel olaraq biz digər işləri də aparırıq. Məsələn çöl, kartoqrafiya işləri aparmalıyıq. Bu, uzun bir prosesdir. Çünki sərhədlərin demarkasiyasını aparmaq onun fiziki şəkildə mövcud olmasını təmin etməkdən ibarətdir. Sərhəd işarələrinin qoyulması, sərhədin mühafizəsinin təşkili məsələləri bu prosesin içərisinə daxil olur. Biz prosesi aparırıq və ümid edirəm ki, müvəffəqiyyətlə başa çatdıracağıq". Geri dön |