Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Erməni soyqırımı” hardan qaynaqlandı?! X HİSSƏ
“Erməni soyqırımı” hardan qaynaqlandı?! X HİSSƏ |
Mavi Kitabın gizli məqsədi Anti-Alman siyasətini almanlara nifrət qazandırmaq üçün uyqulamışlar. Hindistanı işğal edib oğurlamaq üçün “Ari millət,” “Hind-Avropa dil ümumiliyi”kimi qeyri-elmi istilahları uydurmuş, öz qəsbkarlıq siyasətlərinə bəraət donu verəcək ideya istiqamətləri hazırlamışdır. İndi isə inkişaf edən Türkiyənin məhz islam ölkəsi olduğuna görə qarşısını almaq, inkişafını pozmaq məqsədilə Kürd olayı çıxartmışdır. Türkiyə üçün Kürd olayı, İran üçün Atom bombası, İraq üçün Kimyəvi bomba, Pakistan üçün... Ben Laden olayı və s. İslam dünyasının inkişaf edən ölkələrinə bilavasitə inkişaf etdiklərinə görə müxtəlif adlar və bəhanələr altında yeni-yeni layihələr tətbiq edir. Amma hələ ki, dünya bir qütblüdür-ortada ABŞ vardır, ingilislər ÖZ işlərini görə-görə Amerika bayrağının kölgəsində gizlənməkdədir. Onların: ingilis-amerikan xalqı özləri xoşbəxt və firavan yaşasınlar deyə, bizi sömürgəyə çevirmək niyyətləri vardır, yəni ingiltərə və amerikanın irticaçı dairələri kolonial siyasətdən çox da uzaqda deyillər. O ki, qaldı demokratik dəyərlərə-bu demokratik dəyərlər onların özü üçündür, bizim üçün deyil. Əgər biz də onlar qədər demokratik - unitar hüquqlara malik olsaq, əlbəttə, biz onlara nefti su qiymətinə satmarıq, nefti xammal şəkilində satmarıq- son məhsul şəklində satarıq. Nefti son məhsul şəklində satmaq isə onlara sərf etməz. İndi hələlik İngiltərə və ətrafı bizə deyir ki, sizin pulunuz yoxdur , siz gözləyin biz sizin yeraltı, yerüstü sərvətlərinizi soyub aparaq, sonra sizə geniş demokratiya verəcəyik, bizimkilərin çoxu da inanır, elə bilirlər ki, bu demokratiya amerika hüquq instutlarında satılır. Demək, amerika desə ki, “demokratiya, ol!” o dəqiqə qaranlıq zülmətdən demokrtiya zühur edəcəkdir. Məs. güya Azərbaycan üçün, güya ərəblər üçün. Çox gülüncdür. Əsl dava molla demiş yorğan davasıdır, karbohidrogen davaslıdır, nefti əldə etmək davasıdır. Dünyanı bir qütblü yönətimə çevirmək davası gedir. ABŞ mərkəzli yeni dünya xəritəsini reallaşdırmadan söhbət gedir və dünyanı yenidən bölmək arzularını realizə etmək istəyən dairələrin dartışması gedir. Davanın mahiyyəti budur. Demokratiyanı xalq ictimai, siyasi, mədəni, mental dəyərlər bazasında, əvvəl şüurunda sonra sosial həyatında qurmalıdır. Demokrtik şüur milli dəyər haqqı qazanmalıdır. Demokratik şüuru tətbiq edən və tələb edən güc, milli burjuaziya ortaya çıxmalıdır. Milli burjuaziya klan zəminində yarana bilməz. Məsələn, bizim respublikada son illər klan təbəqələşməsi formalaşır. Klan daha çox kriminala söykənir. Klan Milli mənafeyi müdafiə edə bilməz. Klan istismara haqq qazandıran kriminallaşmış bir siyasətin tərəfində duran zümrədir. Onlar milli burjua təfəkkürünə gəlib çıxa bilməzlər. Milli burjua milli təəssübkeşliyi, milli dəyərləri, milli mirası, tarixilik şüurunu, milli heysiyyəti, şərəf və avropalıların leksikonunda olmayan namusu sevərək qorumağı bacaran bir idrak səviyyəsidir. Siyasi demokratiyanı xalqın , cəmiyyətin həyatına bu səviyyədə olan canıyanan şəxsiyyətlər gətirə bilər. Bəli, yalnız o zaman demokratik cəmiyyət qurula bilər. Demokratik şüur ərzaq deyil ki, ixrac edilsin və ya idxal edilsin. Baxın bir ; bu yüksək demokratik ölkələr - erməni məsələsinin qarantörü ABŞ, İngiltərə, Fransa və onların havadarları 20 - ildir Qarabağı bizdən almaq üçün min cür hiyləyə əl atırlar, amma nə əcəbsə hələ ki, bizi aldada bilmirlər, saxta sənədlər quraşdıra bilmirlər. Əslində Qarbağı bizdən almağa yönəlik siyasətin özü anti-Türk, anti-İslam siyasətinin, Türk genosidi siyasətinin bu günə gələn uzantısı və davamıdır. Təsəvvür edin ki, 1.000.000 -dan çox türk mənşəli insan öz doğma vətənində 70-80-min erməniyə görə 20 ildir ki, Minsk Qrupunun - siyasi oyunbazların girovu olaraq köçkün və didərgin vəziyyətində yaşayır. Buraya Ermənistandan 1923-ilin fevral ayından başlayaraq köçürülmüş 2.600.000 soydaşımızın həyat və məişət problemlərini, mal-mülk haqqını əlavə etsək, dünyada heç bir saxtakar ingilis bizim onların siyasi alətləri olan ermənilərinə etdiyimiz güzəştin dərəcəsini hesablaya bilməz. Geri dön |