Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Müdafiə Nazirliyi: Ermənistan Ordusunun basqını dəf edilib
Müdafiə Nazirliyi: Ermənistan Ordusunun basqını dəf edilib |
Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlarından birinə basqın etməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib. Təxribat zamanı yüngül yaralanmış gizir Murad Məmmədov, əsgərlər Tural İsaqov və Mirzə Mirzəli hərbi tibb müəssisəsinə yerləşdirilib. Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur. Mətbuat xidməti bildirir ki, hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərrbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Ermənistan tərəfi baş verənlərlə bağlı indiyədək məlumat yaymayıb. Geri dön |