Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycan Respublikasında yaşayan Güney azərbaycanlı mühacirlərin 22 May(1 xordad) hərəkatının 8-ci ildönümü ilə bağlı Bəyanatı
Azərbaycan Respublikasında yaşayan Güney azərbaycanlı mühacirlərin 22 May(1 xordad) hərəkatının 8-ci ildönümü ilə bağlı Bəyanatı |
Azərbaycan Respublikasında yaşayan Güney azərbaycanlı mühacirlərin 22 May (1 xordad) hərəkatının 8-ci ildönümü ilə bağlı
Bəyanatı 22 may hərəkatı millətimizn uzun illərdən bəri yığılıb qalmış etirazının göstərgəsi olmaqla yanaşı, Güney Azərbaycanın çağdaş milli-mədəni mübarizəsinin biçilənməsində önəmli rol oynadı. 22 may hərəkatını eyni halda 20-ci əsrin əvvəllərindən Güney Azərbaycanda demokratiya, insan haqları, insanların azadlığı və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri əsasında başlayan hərəkatların davamı kimidə dəyərləndirmək olar. Haqq və ədalət uğrunda uzun illik mübarizə tarixinə malik olan Güney Azərbaycan xalqının bu qalxınması millətimizin öz haqlarına, o cümlədən milli kimliyinə yenidən yiyələnmə istəyini göstərməklə yanaşı, Güney azərbaycanlılarının öz haqları uğrunda mübarizədə əsas dayaqlarının Güneyin özündə olduğunu, bu milli-mədəni cərəyanın təməl prinsipinin özünə söykənmək və özünə güvənmək olduğunu sübut etdi. Zəngin tarixi təcrübəyə malik hərəkatımız gerici Tehran rejiminin şovinist və mərkəzçi siyasəti qarşısında heç bir xarici qüvvə və cərəyana sökənmədən uğur qazana biləcəyi müəmasına aydınlıq gətirdi. Bu eyni halda Güney azərbaycanlıların fərqli dünyagörüşlərinə malik olmalarına baxmayaraq, haqq və ədalət uğrunda bir araya gəlməli, təməl məsələlərdə vahid mövqedən çıxış etməli olduqları zərurətini bildirdi. Azərbaycan Respublikasında yaşayan aşağıda adları çəkilən Güney azərbaycanlı mühacirlər 22 may hərəkatının 8-ci ildönümündə bu yolda dünyasını dəyişənləri sayqı ilə anır, hakim duruma görə müstəqil olaraq Azərbaycan Respublikasında Güney azərbaycanlılar adına istənilən səviyyədə bu tarixi layiqincə qeyd edə bilmədiyimizdən dolayı təssüflənirik. 22 may 2014 Bakı Atilla Maralanlı Bəhmən Otaylı Calal Musapur Cavidan Elbars Cavad Həmədanlı Əli Nicat Əlirza Amanbəyli Əhməd Nəzəri Həsən Səfəri Hadi Makılı Həsən Məhdəvi Nəbi Soytürk İsməli Miyanalı Pərviz Urmulu Sirus Azadi Seyfəli Zakiri Şahdust Mirzəli Şəhzad Canpənah Taymaz Dizəli Vahid Vahidli Yədulla Nəminli Geri dön |