Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > XİN: Ermənistan qazanacaq
XİN: Ermənistan qazanacaq |
Məmmədyarov bunun bir gecədə həll edilən münaqişə olmadığını deyib
"Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində səyləri daha da gücləndirəcək və bununla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək". Bunu xarici işlər naziri Elmar Məmmədyarov AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib. Azərbaycanda il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək: “Fikir müxtəlifliyi çox önəmlidir, biz bir-birimizi dinləməyi bacarmalıyıq. AŞPA üzvlərini Azərbaycanda keçirilən tədbirlərdə iştiraka dəvət edirəm”. Nazir həmçinin qeyd edib ki, Azərbaycanda tarixən islam, xristian və yəhudi icmaları tolerantlıq şəraitində yaşayıb. “Bu 3 əsas din Azərbaycan kimi kiçik ölkədə bir arada yaşayır. Azərbaycan bir antisemitizm halı müşahidə olunmayıb. Bu, bizim səylərimiz nəticəsində yaranan dözümlülükdür”. Xarici işlər naziri Cənubi Qafqazda ümumdaxili məhsulun 70 faizinin Azərbaycanda istehsal edildiyini nəzərə çatdırıb: “Hazırda Azərbaycanda yoxsulluq 5,3 faizə enib. Azərbaycanın iddialı planları var. 2020-ci ilə qədər inkişafla bağlı konsepsiya qəbul edilib. İnkişaf ilk növbədə enerji resurslarının idarə edilməsindən asılıdır. Neft sektoru ilə bərabər qaz sektorunun inkişafı da önəmlidir. Şahdəniz qaz yatağının işlənməsi və TANAP kəmərləri ilə bağlı imzalanan müqavilələr çox mühümdür”. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına toxunan Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə həmin sənədlər əsasında həll olunmalıdır. Münaqişə ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması prinsipləri ilə həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri bir gün sonra icra olunub, ancaq Azərbaycanla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu, ikili standartlarla bağlıdır. BMT qətnamələri gec-tez icra olunacaq. Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Ermənistan da bundan qazanacaq. Ən mühüm təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk növbədə Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılmalıdır. O yerlərdə heç vaxt ermənilər yaşamayıb”. Xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik vasitələrin tükənmədiyinə inandığını deyib. “Madrid təklifləri çox real təkliflər idi, addım-addım irəli gedə bilərdik. Bu münaqişə bir gecədə həll oluna bilməz, dərin münaqişədir". Geri dön |